Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Türkiyədə Azərbaycanı “fələstinlilərin faciəsinə biganəlikdə” və İsrailə dəstəkdə ittiham edən dairələr bütün günü SOCAR-ın İsrailə “neft verməsi”ndən danışırlar. Bu zaman SOCAR-ın birbaşa İsrailə neft satmadığını, bu neftin Türkiyənin ərazisindəki Ceyhandan treyderlər tərəfindən alınaraq müxtəlif ölkələrə, o cümlədən İsrailə də satdıqlarını xatırlatmaq istəmirlər. Ona görə yox ki, bunu bilmirlər. Sadəcə Azərbaycandan “düşmən obrazı” yaratmaq üçün irəli sürdükləri narrativlərə uyğun gəlmədiyi üçün.

Amma SOCAR-ı qoyaq bir kənara. Söhbət daha genişdir - məsələ Türkiyənin İsraili ritorikada düşmən elan etməsi ilə real olaraq iki ölkə arasındakı münasibətlər arasındakı fərqi gizlətmək istəyindən gedir.

Sosial şəbəkələrdə qarşımıza çıxmış bu reportaj 2023-cü ildə İsrailin “Kan” telekanalında efirə gedib. Bu reportajı Yəmən Xəbər agentliyi “Sionist rejimi dəstəkləmək üçün bir türk gəmisi Hayfa limanına çatır” başlığı ilə paylaşıb.

Fotoda: Yəmən Xəbər agentliyinin “Sionist rejimi dəstəkləmək üçün bir türk gəmisi Hayfa limanına çatır” başlıqlı xəbəri


 

Bəs İsrail telekanalının reportajında nə deyilir?

Kanal izah edir ki, Qəzzadakı müharibə zamanı bir çox kənd təsərrüfatı ərazilərinə dəyən ziyana görə İsrail öz ehtiyaclarını ödəyə bilmir. Çünki İsrailin kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının 70 faizi məhz Qəzza zolağındakı əkin sahələrindən ödənilirdi. Bu ərazidəki hərbi əməliyyatlar nəticəsində İsrail faktiki olaraq, ciddi defisitlə üzləşib. Belə ağır vəziyyətdə İsrailə sizcə əl uzadan kim olub? Bəli, düz tapdınız, “sionizmə” “müharibə elan etmiş” Türkiyə. 

KAN telekanalının repotajında qeyd olunur ki, Türkiyədən gələn və göyərtəsində 4500 ton tərəvəz (əsasən pomidor) və meyvə gətirərən nəhəng gəmi Hayfa limanında lövbər salıb. Özü də, telekanal əlavə edir ki, Türkiyə gəmisi hərbi yük gəmisi olub və o, Hayfa limanına İsrailin əsas müttəfiqi və sponsor olan ABŞ-nin hərbi gəmisinin müşayiəti ilə gəlib.

Videoda İsrailin Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Yoxlama Xidmətlərinin rəhbəri Şlomit Tsioni limanda yoxlama prosesini izah edir. O, Kənd Təsərrüfatı Nazirliyinə bağlı Bitki Mühafizəsi müfəttişləri ilə birlikdə Türkiyədən gələn kənd təsərrüfatı məhsulları yükünü yoxlayır və müvafiq testlər aparır. 

Fotoda: İsrailin KAN telekanalının Türkiyədən tərəvəz gətirən gəmi haqda reportajı


 

Telekanala müsahibəsində israilli rəsmi onu da deyir ki, “bu həftə daha iki böyük gəminin əlavə təzə məhsullarla gələcəyi gözlənilir, bütün bunları İsrailin ərzaq təhlükəsizliyini təmin etmək üçün edirik”. 

İstər-istəməz şübhə yarana bilər ki, bəlkə bu feykdi? Axı ola bilməz ki “sionizm”i məhv etməyi qarşısına məqsəd qoyan türkiyəli qardaşlarımız İsrailə meyvə-tərəvəz göndərə? Reportajda məhsulu göndərən şirkətin etiketlərini diqqətlə oxuyuruq - TUNÇ AGRO. 

Bəs bu nə şirkətdir?

İnternetdə qısaca araşdırmaq kifayət etdi ki, bunun doğrudan da, Türkiyə şirkəti olduğunu və bu “qardaş payı”nın, doğrudan da, Türkiyədən göndərildiyinə əmin olaq. Gizli yollarlamı? Yox, şirkət öz saytında bunu gizlətmir də. Mersində qeydiyyatdan keçmiş “Tunc Agro Gida Sanati Ve Ticaren Limited” idxalçı və ixracatçı şirkətdir, beynəlxalq ticarət və beynəlxalq təchizat zəncirləri ilə məşğuldur. 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrına qədər olan dövrdə şirkət dünya bazarlarında fəal ticarət aparıb. Bu müddət ərzində şirkət dünya üzrə alıcılara 162 ixrac tədarükü həyata keçirib. Tədarüklər etdiyi ölkələr arasında isə İsrail də var.



 

Axı bu necə olur? İsrailə adi musiqi müsabiqəsində xal verdiyi üçün “bir millət, iki dövlət” dediyi Azərbaycana təhqirlər yağdıran, Türkiyə iqtisadiyyatına milyardlarla investisiya qoyan SOCAR-ı uydurma ittihamlarla gözüm-çıxdıya salan və ofisinə basqın edənlər özləri İsrailə “qardaş payı” göndərirlərmiş? Özü də Qəzzada müharibəsinin getdiyi günlərdə!

Yenə düşündük ki, texnologiya əsridir, bəlkə bütün bunlar da ustalıqla düzülüb-qoşulmuş feykdir. Bir az da araşdırmaq istədik və getdik çıxdıq... İsrailin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin saytına. Gördüyünüz bu rəsmi məlumatda açıq mətnlə deyilir ki, Türkiyədən gələn bu mallar “Dəmir Qılınclar” (İsrailin Qəzzadakı hərbi əməliyyatı belə adlanır - red.) müharibəsinin bir çox kənd təsərrüfatı rayonlarına təsiri səbəbindən zəruridir. Kənd Təsərrüfatı Nazirliyinin müharibə zamanı İsrail dövlətinə kənd təsərrüfatı məhsullarının tədarükünü təmin etmək və İsrail vətəndaşlarının ərzaq təhlükəsizliyini qorumaq istiqamətindəki səyləri çərçivəsində bu gün və dünən Hayfa limanına 4500 ton meyvə və tərəvəz daşıyan gəmi yan alıb, onlar boşaldılıb... Əvvəlki həftə ərzində Kənd Təsərrüfatı Nazirliyinin limanlardakı müfəttişləri təxminən 10 000 ton müxtəlif meyvə və tərəvəzi emal edib və gömrük rəsmiləşdirməsi aparıblar, bütün məhsulun təxminən yarısını isə əsasən Türkiyədən idxal olunan təzə pomidorlar təşkil edib”.



Əminik ki, Türkiyədəki “vətənpərvər-dindar” sosial media qəhrəmanları bu faktları da “görmürlər” və “bilmirlər”. Bəlkə də indi bizə “bu, Qəzzada müharibədən əvvəl olub” kimi sevimli arqumentlərini səsləndirən də tapılacaq. Amma bu arqument keçərli olmayacaq. Çünki İsrail Türkiyənin bu məhsullarına ehtiyacının MƏHZ QƏZZADA MÜHARİBƏ BAŞLANDIQDAN SONRA YARANAN ƏRZAQ QITLIĞI ilə bağlı olduğunu həm rəsmi saytlarda, həm TV reportajlarda dönə-dönə qeyd edir. Yəni, qardaş ölkənin gəmisi Hayfaya lövbər salanda İsrail qırıcıları artıq bir aya yaxın idi Qəzzanı bombalayırdı.

Ümumiyyətlə isə, Qəzzada müharibə başlayandan 2024-cü ilin martına qədər İsrailə ümumilikdə 131 295 ton meyvə-tərəvəz idxal olunub və onlardan 40 398 tonu Türkiyədən gəlib. Yəni qardaş ölkə ən böyük təchizatçı olub, ikinci yerdə isə digər müsəlman ölkəsi İordaniya olub.

Demək ki, söhbət ciblərə axan valyutadan gedəndə “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür?

Pulun doğrudan da imanı olmurmuş.(Qafqazinfo.az)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Nil Özalp saxlanıldı

Nil Özalp saxlanıldı

Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

End of content

No more pages to load

RADİO