Qala gecəsinə qalmaqallı geyimdə gəldi: Alt paltarında… - FOTO

Liza adı ilə tanınan aktrisa Lalisa Manobal "Met Gala" tədbirindəki geyimi ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Taylandlı müğənni, rəqqasə və reper Liza "Met Gala" tədbirindəki geyiminə görə günün ən çox müzakirə olunan şəxsinə çevrilib.

Cənubi Koreyanın məşhur "Blackpink" qızlar qrupunun üzvü olan 28 yaşlı müğənni "Louis Vuitton" brendinin hazırladığı geyimə görə tənqid hədəfi olub.

Lisa məşhur dəvət gecəsində alt paltarsız görüntü verən geyimi ilə gündəmə gəlib. Lakin qalmaqalın əsas səbəbi onun açıq-saçıq geyimi yox, alt-paltarında Rosa Parksın şəklinin olmasıdır.

İstifadəçilər Lisanın geyimini "hörmətsizlik" adlandırıb, bəziləri isə ifaçının daha əvvəl irqçi ifadələr işlədiyi barədə yayılan görüntüləri xatırladaraq, "üzr istəmədən indi də belə biabırçılıq edir" deyə sərt tənqid ediblər. Hətta Lisanın geyimi tədbirin "ən zövqsüz görünüşü" kimi qiymətləndirilib.

Məsələ böyüyəndən sonra Louis Vuitton markasından açıqlama verilib. Bildirilib ki, geyim amerikalı rəssam Henri Teylorun əsəridir və üzərindəki şəkillər onun həyatına təsir edən şəxslərə aiddir.
 

Qeyd edək ki, 1913-cü ildə ABŞ-nin Alabama ştatının Tuskegee şəhərində doğulan Rosa Parks məşhur Afroamerikalı hüquq müdafiəçisi və vətəndaş hüquqları fəallarından biridir. O, 1 dekabr 1955-ci ildə Montgomery şəhərindəki avtobusda ağdərili şəxsin oturması üçün yerini verməkdən imtina etdiyi üçün tarixə düşüb. Bu hadisə ABŞ-da irqi ayrı-seçkiliyə qarşı mübarizənin başlanğıcını qoyan mühüm an olub.


Rosa Parksın bu cəsarətli addımı "Montgomery avtobus boykotu"nu təşkil edən və ölkə boyunca irqi bərabərlik üçün mübarizə aparan hərəkatın başlıca təkanvericisi olub. Bu boykot Amerika Birləşmiş Ştatlarında irqi bərabərlik uğrunda aparılan mübarizənin ən mühüm hadisələrindən biri sayılır.

Rosa Parks, həyatını irqi bərabərlik və hüquqlar uğrunda mübarizəyə həsr edib və bir çox mükafat və təltiflər alıb. O, 2005-ci ildə, 92 yaşında vəfat edib. (milli.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

End of content

No more pages to load

RADİO