Ceyran Rəhimova: “Günah müğənnilərdə deyil, aparıcılardadır”

Bəzi telekanal aparıcıları efir mədəniyyəti olmayan müğənniləri artıq verilişlərinə dəvət etməyəcəklərini bildiriblər. Bu məsələ ciddi müzakirə mövzusuna çevrilib. 

Bəs bu qadağalar hansı səbəbdəndir? Aparıcılar hansı müğənniləri nəzərdə tutur? Onların bu addımı doğrudurmu? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tanınmış aparıcı Ceyran Rəhimova qeyd edir ki, əgər indiki verilişlərdə efir mədəniyyəti qorunsa, professionallıq, əsl sənət tələb edilsə, o qadağalara ehtiyac qalmaz:

“Mənim də veriliş hazırladığım dövrdə sizin nəzərdə tutduğunuz müğənnilər var idi. Amma, onların heç biri o verilişdə iştirak etməyə can atmırdı. Çünki böyük bir məsuliyyət daşımalı idi.

Orada canlı ifa, retro mahnılar var idi, muğamlarımızı mükəmməl bilmək vacib idi, bir sözlə professionallıq tələbi var idi. Yəni verilişə gələn müğənni məsuliyyətini dərk edirdi ki, bu yükün altına girib,  rəqibləri ilə üz-üzə gəlib, öhtəsindən gələcək”. 

Aparıcının sözlərinə görə indiki verilişlərdə də bütün bunlar  nəzərə alınsa, hazırlanan verilişlər qalmaqal səpkisindən uzaq olsa, sözügedən müğənnilərin heç biri efirə gəlməyə can atmayacaq:

“Çünki onlar  çox  yaxşı bilirlər ki, özlərinin potensialı nə qədərdir. Düşünürəm ki, günah o müğənnilərdə deyil, efirlərdə, aparıcılarda, hazırlanan verilişlərdədir. Hazırladığım verilişlərdə müğənnilər iki - üç ay qabaq iştirak etmək üçün can atırdılar. Verilişi elə hazırlamaq lazımdır ki, efir mədəniyyəti olmayan müğənnilər o verilişlərə gəlməyə can atmasınlar. Onlara qadağa qoymaq lazım deyil. Qadağa qoysalar belə mütləq ki, onlar sosial şəbəkələrdə özlərini reklam edəcəklər. Əsas efir mədəniyyətini qorumaq üçün can atmalarını tövsiyə edirəm”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO