“Aynişanın bir səhvi də yoxdur” – Aybəniz Haşımova

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə bağlı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Pərvizə görə”də danışıb:

“Deyirəm, dünyaya bir də gəlsəm, Aynişan kimi gəlim. Elə bil Allah onu proqram əsasında dünyaya gətirib. O insanın bir səhvi yoxdur. Nə deyirsə, hamısı düzdür. Mən də şir bürcüyəm, hərdən özümü göstərmək istəyirəm, deyirəm, mən də düşünə bilirəm. Sonra görürəm ki, Ayni düz deyirmiş.

Mənim həm dostum, həm qızım, həm oğlum, hər şeyim, nəfəsimdir. Həmişə ona deyirəm ki, sən mənim nəfəsimsən, insan nəfəsi bitəndə tükənir. Nəfəsim heç vaxt tükənməsin. Aynişanın timsalında bütün övladların arzularına çatdığını görək. Bəzən səhv arzular da edirik. Həmişə dua edəndə deyirəm ki, gözəl arzuların həyata keçsin.

Aynişanla keçirdiyim anlar həyatımın bütün gözəlliyini ifadə edir. Onsuz keçən günüm gün deyil.

Onsuz keçən gündə yaşamıram. Aynişan yanımda olanda, onu hər görəndə elə bilirəm ki, ömrümə ömür calanır. Elə bilirəm bir yox, saysız dünya yaşayıram… Onsuz olduğum hər an. Təki xoşbəxt olsun.

Dünyanın harasında yaşayırsansa, təki sağlam və xoşbəxt ol. Mənim bəsimdir, mən dözərəm, tək sən yaxşı ol, həyatın yaxşı olsun. Aynişan dünyaya gələnə qədər həyatı başa düşmürdüm.

O, doğulandan sonra anladım ki, həyatın mənası nə və kim imiş. Elə bir arzum var ki, reallaşmağını gözləyirəm. Qoyun, deməyim, çünki hərdən özümün özümə gözüm dəyir. Gözdən qorxun. İnsan sevdiklərini də gözə gətirə bilir”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO