“İstəyərdim ki, atanın bağrına basdığı övlad olum” - İradədən ETİRAF

“Həyatda dərs aldığım hadisələr o qədər çoxdur ki... Mən sənətə başlayanda yetişkin İradəydim. On beş yaşımda müsabiqəyə qatılanda yetişkin idim. Məni bu həyata hazırlayan ailəm var idi”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Pərvizə görə”də müğənni İradə İbrahimova deyib. Sənətçi ailədə yaşadığı çətinliklərdən söz açıb:

“Çox böyük və varlı ailədə böyümüşəm. O qədər çox xarakter önümdən keçib ki, saymaqla bitməz. Balaca yaşımda bir kitab oxumuş kimiydim. Onun içində ailə tragediyası, sevinc, xoşbəxtlik, ayrılıq, bədbəxtlik də var idi. Anamgil 7, atamgil 11 uşaq idi, bir bibim var. Hamısının həyat hekayəsi gözümün önündən keçib. Mən müşahidə etməyi sevirdim. Anam bizimlə heç danışmırdı. Onun üçün sadəcə bizim ehtiyaclarımızı görmək idi. Onlar da yemək-içmək, məktəbə yola salmaq idi. Yoxsa desin ki, gəl otur, yanımda danış, yeniyetməlik dövrün var.

Bunların heç biri olmayıb. Mən anamı, atamı, dayılarımı, onların uşaqlarını müşahidə etmişəm.

Evin ortancılı idim, bu da çətin məsələdir. Ortadakı ortada qalır. Paltarı keçdim, onlar çox önəmli deyil. Böyük çox sevilir, balaca da evin sonbeşiyidir, heç nə demirlər. Sən balacanı da, böyüyü də idarə etməlisən. Həyatım anamla atamın ən ağıllı qızı olacam fikri ilə keçib. Heç bir zaman mənə görə onlara söz gəlməyəcək, ən ağıllısı olacam, başlaını uca edəcəm demişəm. Özümü çox yükləmişəm. Ona görə özünə qapanan, danışmayan İradə də bunların nəticəsidir. Mən ailə qurandan sonra danışmışam. İstəyərdim ki, “cıvıl-cıvıl” bir ailənin qızı olum, atanın bağrına basdığı, başını sığalladığı, dərdini, ürəyindən keçənləri soruşduğu… Ata-qız münasibətlərini görəndə də qibtə ilə baxırdım ki, bu, necə olar? Mənim üçün uzaq duyğu idi.

Mən ağırlaşdıqca ağırlaşdım. Üstümdə bir yüklə səhnəyə gəldim, səhnənin də məsuliyyəti üstünə yükləndi. Dedi-qodusu, çətinliyi… Onun altından qalxmaq çətin idi. Ortancıl olduğum üçün də bu çətinlikləri yaşamışam. Demək ki, yaşamalıydım, belə olmalıydı. Bəlkə də onlar şıltaq İradə yetişdirmək istəsəydilər də, yenə belə olardım. İçimdə qalan sevgilər var. Əlimdən gəldiyi qədər övladlarıma göstərməyə çalışıram. Amma içimdə bir pərdə var, lazımsızdır. Yenə də gözümün önünə gəlir. Nə qədər özümü dəyişdirmək, kitablar oxumaq, zənginləşdirmək, həyata baxışımı dəyişmək istəsəm də, o pərdə qəfil gəlib önümdə durur. Həmin an anamı xatırlayıram ki, anam da belə edirdi. Mən bunu niyə edirəm ki? İstər-istəməz xatırlanır. Bəzən qızım məni öpmək istəyəndə deyirəm ki, dayan, indi çox gərginəm, geri çevirirəm. Çox lazımsız bir şeydir. Mən anamın qoltuğunun altında olmamışam. Lakin bunu edirəm. Amma elə vaxt olur, anam kimi davranıram, deyirəm, İradə, bunu etmə. Baxıram ki, o da eynisini təkrarlayır. Hərdən içimdən gəlir, öpmək istəyirəm, deyirəm, qızım, gəl. Deyir, ana, bir dəqiqə, indi istəmirəm.

Deyirəm ki, İradə, nə əkərsən, onu da biçərsən. Bəyənməsək də, bir gün hər bir insan ana-atasına çevrilir. Nə etsək də, bəyənmədiyimiz davranışları təkrarlayırıq, bəlkə də ətrafdakılar görmür, bilmir, amma biz bilirik. Bəzi ana xətlər var, onlar qalır, biz hiss edirik, qarşı tərəf yox. İndiki insan hüquqları, mənim sahəm, sakitçiliyim söhbətləri var. Qarşı tərəf fikirləşir ki, danışmaq istəmir, onun haqqıdır. Mən bilirəm ki, onun altında başqa şey yatır. Qarşısına çıxa bilmirəm. Heç bir Allahın psixoloqu mənim beynimdən silə bilməz. Bu qədər dərinliyi, bütün duyğuları, travmaları da sevirəm. Məni zənginləşdirirlər, ağac necə ki sevdiyi yerdə kök salır.

Özümü elə hiss edirəm, onları yaşamaq gözəldir. Çalışırıq ki, uşaqlarımız həyatda yanmasınlar, biz təcrübələrimizi ötürək. Amma yaşayaraq ən doğrusunu biləcəklər. Ana-ata kimi çalışırıq ki, etabları böyük travmalar yaşamadan keçsinlər. Məncə, bütün duyğular gözəldir, yaşasınlar. Qızım mükəmməliyyətçidir, deyir ki, səhv etmişəm. Gülürəm. Deyirəm, get, o səhvini öp, qucaqla, səhvlərimizi sevməliyik. Qarşına çıxıb, öyrən, vacib olan təkrarlamamaqdır. Başımıza gələn hər hadisə bizim üçün dəyərlidir. Bunu unutmayaq”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaxarova: “Tokio Putinə hansı bölgələrə səfər edəcəyinə göstəriş verə bilməz” – FOTO

Zaxarova: “Tokio Putinə hansı bölgələrə səfər edəcəyinə göstəriş verə bilməz” – FOTO

Məşhur milyarderin qızına qarşı sərt ittiham – 20 illik həbs ala bilər

Məşhur milyarderin qızına qarşı sərt ittiham – 20 illik həbs ala bilər

BTS-in üzvündən pərəstişkarlarını üzən AÇIQLAMA

BTS-in üzvündən pərəstişkarlarını üzən AÇIQLAMA

Azərbaycanda yük və sərnişin daşınması ARTIB

Azərbaycanda yük və sərnişin daşınması ARTIB

Maşın alarkən sizi belə aldadırlar – Alıcıların çoxu bu detalı görmür

Maşın alarkən sizi belə aldadırlar – Alıcıların çoxu bu detalı görmür

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

"WhatsApp"da yeni kiberdələduzluq metodu ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

"WhatsApp"da yeni kiberdələduzluq metodu ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Prezidentdən Dövlət Gömrük Komitəsi ilə bağlı FƏRMAN

Prezidentdən Dövlət Gömrük Komitəsi ilə bağlı FƏRMAN

Azərbaycanla Belarus arasında Anlaşma Memorandumu TƏSDİQLƏNDİ

Azərbaycanla Belarus arasında Anlaşma Memorandumu TƏSDİQLƏNDİ

Bakı metrosunda DƏYİŞİKLİK - FOTO

Bakı metrosunda DƏYİŞİKLİK - FOTO

Hesablama Palatasına yeni səlahiyyətlər VERİLDİ

Hesablama Palatasına yeni səlahiyyətlər VERİLDİ

“Dövlət auditi” informasiya sistemi yaradıldı – FƏRMAN

“Dövlət auditi” informasiya sistemi yaradıldı – FƏRMAN

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı -TAM SİYAHI

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı -TAM SİYAHI

Bryanska RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Bryanska RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Ukraynada ƏRZAQ QITLIĞI – Əhali arasında ajiotaj başladı – FOTO/VİDEO

Ukraynada ƏRZAQ QITLIĞI – Əhali arasında ajiotaj başladı – FOTO/VİDEO

İranda efirdə mesaj oxuyan molla biabır oldu - VİDEO

İranda efirdə mesaj oxuyan molla biabır oldu - VİDEO

Təcili yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar

Təcili yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar

Güneldən gəlinləri ilə bağlı paylaşım -Foto

Güneldən gəlinləri ilə bağlı paylaşım -Foto

El-Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

El-Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Yeni dövlət rüsumları müəyyənləşdi - 50 manat...

Yeni dövlət rüsumları müəyyənləşdi - 50 manat...

Göyçayda zəncirvari qəza – yaralılar var - FOTO

Göyçayda zəncirvari qəza – yaralılar var - FOTO

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Sabahdan hərəkət belə təşkil olunacaq – VİDEO

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Sabahdan hərəkət belə təşkil olunacaq – VİDEO

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi – FOTO

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi – FOTO

End of content

No more pages to load

RADİO