Tolikdən İRAD: "Özünüzü verilişdə "əl meymunu"na çevirməyin" - VİDEO

"Bu gün bəzi izləyicilər, xüsusən instaqram və TikTok istifadəçiləri düşünürlər ki, müəyyən verilişlər çox yüksək reytinqdədir, daim gündəmdədir. Amma əslində belə deyil. O verilişlərin işçiləri proqram yayımlanarkən materialları kəsib jurnalistlərə və sosial media səhifələrinə göndərirlər. Onlar da bunu "xəbər" kimi təqdim edirlər. Bu cür piar üsulları insanlarda yalnış təsəvvür yaradır ki, həmin müğənnilər çox məşhurdur.

Halbuki, bu, sadəcə meymunluqdur.

Həftədə iki dəfə eyni verilişə çıxan bu insanlar bir gün dava edib barışır, ertəsi gün biri o birinə hədiyyə verir və belə davam edir".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) videoaçıqlamasında deyib. O, son günlər verilişlərdə baş verən süni qalmaqallara münasibət bildirib:

"Öz verilişimin piarını aparsam belə, bunu belə ucuz yolla etmərəm. Efirdə baş verənləri hər yerə göndərib hamıya paylaşdırmaq mənim xarakterimə uyğun deyil. Öz piarlarını etmək üçün müğənniləri pulla efirə çağırıb qeyri-ciddi xəbərlər yaymaq – məsələn, "atası öldü", "atası qısqandı", ya da "filan problem yaşadı" kimi xəbərlər insanları bezdirir. Bu, cəmiyyətdə yalnız mənasız gündəm yaradır.
 

Əsl sənətkar və hörmətli müğənni ayda bir, maksimum iki dəfə efirə çıxar. Amma ayda beş-on dəfə efirdə olmaq nə deməkdir? Bu, sənətinə və şəxsiyyətinə hörmət etməməkdir. Özünüzü efirdə bu cür “əl meymunu”na çevirməyin.


Həmçinin, efirdə küsüb getmək, sonra beş dəqiqədən sonra qayıtmaq… Bu davranış nə qədər ciddi görünə bilər? İnsanlar sizi izləyərkən sizdən uzaqlaşır, nifrət hissi keçirir. Hörmətli olun! Məclislərdə pul aldığınız üçün itin sözünü içinizə soxduğunuz kimi, televiziyaya da hörmət etməlisiniz. Davranışınız sizə olan münasibəti təyin edir".

Tolik verilişlərdə saxta şoular qurulduğunu bildirib:

"Əzizləriniz, özünüz xəstəxanada olur, arvadınızdan boşanırsa, bunu aparıcı bilmir. Hamıyla əvvəlcədən danışırlar ki, gəl otur, ərin, saxlayanın zəng etsin. Filankəsin arvadının boşandığını efirdə dedi, verilişdən getdi... Özünüzə hörmət edin. Aparıcılar, özünüzə hörmət edin, özünüz də hörmətsiz sayılırsınız. Reytinqlə insanlara nifrət qazandırırsız. Sonra da sosial şəbəkədə sizə yazılan şərhləri sildirisiniz. Çünki insanlar sizdən iyrənirlər".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

End of content

No more pages to load

RADİO