Aktrisa Xuraman: “Ərimin xəyanətini bağışlayaram, amma o hərəkətini yox” - VİDEO

“Mənim söylədiyim “Ərimin bir-iki günlük münasibətinə görə ailəmi dağıtmaram” sözündən sonra məni daşqalaq etdilər. Nələr yazmadılar mənə... İndi də danışacağam, bu hal təkrarlanacaq. Deyirlər ki, “Bilirsən, niyə elə deyirsən, çünki sən 160, 170 kiloqramsan və məcbürsan ərinin xəyanəti ilə barışmağa. Mən onlara izah edə bilmirəm ki, ən gözəl xanımın da əri ona xəyanət edə bilər. Misal üçün, kişilərin həsrətində olan İtaliyalı aktrisa Monika Belluççi. Bu insan təkdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə qonaq olduğu “Həftənin qonağı” verilişində deyib. 

Sənətçi bildirib ki, əgər həyat yoldaşı daimi bir xanımla eşq yaşadığını öyrənərsə ondan ayrılar: 

“Mənim sözümün canı odur ki, xəyanətə görə ailəmi dağıtmaram. Amma mən bilərəm ki, artıq o başqa bir xanımla eşq yaşayır, artıq o ailəsinə - “sadəcə ailəmdir də, uşağımı gəlim görüm” kimi yanaşır və bütün eşqini hər bir hissini başqa qadına ötürür, yəni daimi olaraq başqa qadınla eşq yaşayır – əlbəttə mən bunu qəbul etmərəm. Mən nə qədər sakitəmsə bir o qədər səsli-küylüyəm. Mənim orta həddim yoxdur. Onu çağırıb deyərəm ki, əgər o qadını sevirsənsə çıx get... Amma o xəyanətlər deyirəm, elə-belə onları bağışlayaram. Axı nəyə görə də o tip xəyanətləri bağışlamayım? Hansı səbəbə görə? Əvvəllər çox qısqanc idim. İndi isə yox. Həyatımla barışmağa çalışıram. Əgər həyat yoldaşım başqa bir xanımla eşq yaşayırsa və onun həyatında o daimidirsə, mən kənara çəkilərəm. Mən kişiyə necə deyə bilərəm ki, getmə qal. O getdisə gedəcək. Onu saxlamaq olmayacaq”. 

Xuraman bacardığı qədər əri ilə xoş ünsiyyət qurmağa çalışdığını vurğulayıb: 

“Reallıq necədirsə, mən də onu elə də qəbul edirəm. Xəyal qurmağı sevmirəm. Niyə xəyallar qurum ki, sonra da onlar puç olsun. Ailə qurduğumda çəkim 130, indi isə üzərinə bir 30 kilo da artıb (gülür). Xanımla haqqımda elə şeylər yazırlar ki,... Kişi nəyi sevir? Əgər sənin problemin varsa, onları ona görə yansıltmayasan. Üzünə gülüb hər zaman xoş söz deməlisən. Ona gözəl yeməklər bişirməlisən. Artıq suallar verməməlisən. Axı ər işdən gəlib və onu gərək yormayasan. Amma Xuraman da işdən gəlib... Burada Kərəmi ağlamaq tutur. Mən bacardığım qədər ərimin yanında dilimi şirin edirəm, onun dediklərini yerinə yetirirəm. Onun məndən istəyi nədir ki... Misal üçün, Xuraman gələndə bu yeməyi mənim üçün hazırla. Bunu yemək istəyirəm. Başqa mənə heç nə demir. Demir ki, get daş daşı və ya işləmisən, maaşını gətir ver mənə. Yox, əsla yox. Get işlə, maaşını gətir ver mənə xəyanətdən daha üstündür. Kişi desə ki, işləmisən maaşını gətir ver mənə, o zaman ondan əlbəttə ki, ayrılaram. Xəyanəti bağışlayaram, amma o hərəkəti yox”.

Qeyd edək ki, X.Əlizadə ailəlidir. Onun bir oğul övladı var. Bu aktrisanın ikinci evliliyidir.   
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

End of content

No more pages to load

RADİO