“Alkhara”nın İLK TƏQDİMATI – “Brendimizin adı parçalarımız kimi millidir” – FOTO 

"Bu gün "Alkhara" geyim markasının ilk təqdimatıdır. Bu brendi 2021-ci ildə yaratmışıq. Bu gün isə bizim 3 yaşımız tamam olur. Başqa sahələrdə çalışsam da, dəbə olan sevgim məni bu markanı yaratmağa sövq etdi. Beləcə qərara gəldim ki, öz markamı yaradım və xanımlarla ideyalarımı paylaşım".

Bu sözləri yeni kolleksiyasının nümayişini keçirən "Alkhara" geyim markasının təsisçisi və dizayneri Kövsər Salmanova Bizim.Media-ya açıqlamasında bildirib.

K.Salmanova bildirib ki, "Alkhara" markasını Azərbaycanın milli və eyni zamanda nadir tapılan alxara parçasından ilhamlanaraq ərsəyə gətirib.

"Markamızın adından bəlli olduğu kimi "Alkhara" Azərbaycanın qədim parça növlərindəndir. Bu parça növündən qədimdə Azərbaycan xanımları geyimlər hazırlayırdılar. Bu xüsusi parça növü idi və o zamanlar çox nadir tapılırdı. İstədim ki, yaratdığım markanın adı da parça kimi milli olsun. Azərbaycanda yerli markaların sayı çoxdur. Düşünürəm ki, yaratdığım "Alkhara" markası və ərsəyə gətirdiyim geyimlərdə öz tərzim var. Və bu tərz digər markalardan seçilir. Geyimlərdə istifadə etdiyimiz parçalar da digər yerli atelyelərin geyimlərindən keyfiyyət baxımından fərqlənir".

"Alkhara"nın təsisçisi bu gün işıq üzü görən yeni yaz kolleksiyasında yer alan geyimlərdə alxara parçasından istifadə etdiyini söyləyib:


"Hazırladığımız və bu gün təqdim etdiyimiz 10 ədəd geyimimizdə alxara parçasından istifadə etmişik. Bu parçanı tapmaq isə mənim üçün çox çətin oldu. Sizə etiraf edim ki, bu parça əvvəlki qədər keyfiyyət baxımından effektli olmasa da, yenə də tapdıq. Xaricilər bu parça növünə "jakkard" deyirlər. Mən bu parçanı elə Azərbaycandan əldə etdim. Xaricdən parça gətizdirmirəm. Bu parça növünü də yerli mağazalarımızdan birindən əldə etdim. Yəni bu parça növünü əldə etmək üçün xaricə getməyə ehtiyac yoxdur. Əsas odur ki, düzgün seçim edəsən".

Kövsər xanım kolleksiyasındakı geyimlərin rəng çalarlarından da söz açıb. O bildirib ki, həm trenddə, həm də dəbdə olan rənglərə üstünlük verilib:



"Hər-hansısa bir geyimi hazırlayanda bir sıra dünyaca məşhur markalardan ilhamlanıram. Təbii ki, müasir trendləri də mütləq şəkildə nəzərdə saxlayıram. Kolleksiyamda yay fəsli üçün "jilet"lər, ətəklər var. Azərbaycanda toyların çoxluğunu və "party"ləri nəzərə alaraq, üstünlüyü biçimi "maksi" olan libaslar, eyni zamanda aksenti həcimli çiyinlərə vermişik. Təbii ki, rəngləri də trendlərə görə seçmişik. Bu il açıq mavi, sarı və bənövşəyinin bir sıra tonlarına üstünlük vermişik. Kolleksiyada pastel rənglərə də üstünlük vermişik".

K.Salmanova kolleksiyasının nümayişinin nəfis tərtibatda hazırlanması üçün daha bir dizaynerlə iş birliyinə imza atdığını vurğulayıb:


"Bugünki kolleksiyamızın və təqdim etdiyimiz dəb şousunun stili üzərində "Seqment" brendinin dizayneri Ülviyyə Məmmədova çalışıb və bu işdə yardımını əsirgəməyib. İki yerli markanın təsisçiləri əl-ələ verib ərsəyə çox uğurlu iş gətirdik. 

Daha sonra "Alkhara" geyim markasının yeni yaz kolleksiyasının nümayişi baş tutub. Biri-birindən zövqlü geyimlər dəbdəbəli nümayişə dəvət olunan qonaqları və ölkənin məşhur blogerlərlərini özünə heyran qoyub.

Kolleksiyanın təqdimatından və eyni zamanda nümayiş olunan geyimlərdən valeh olduğunu söyləyən stilist və dəb mütəxəssisi Nigar Kəlbiyeva təəssüratlarını bu sözlərlə ifadə edib:


""Alkhara" brendi hazırda dəbdə olan sarı, mavi və bejin bir sıra rəng çalarlarında geyimlər hazırlayıb. Və bu libaslarda istifadə olunan "jakkard" parçası isə mənim diqqətimi çəkdi. Çünki adətən bu parça növündə tünd və qızılı rənglərdən istifadə edirlər. Amma "Alkhara" markası bunu daha mülayim, incə və zərif şəkildə ötürdü. Bunları çox bəyəndim.

Təqdim edilən kolleksiyadakı "korset"lərin quruluşunu və biçimini çox bəyəndim. Üzərlərində memari strukturların olmağı xoşuma gəldi. İstifadə olunan rənglərin sakit olması isə bu geyimlərin həm ad günü "party"lərinə həm də xüsusi mərasimlərə geyinmək əlverişlidir. Kolleksiyada "transformer" geyimlər də var idi. Bu tip geyimlər isə çoxfunksiyalıdır. Belə ki, onları müxtəlif şəkillərdə dəyişib, kombin edərək geyinmək mümkündür.


Hazırda dəb sahəsi ekologiyanı qorumaq trendinə əməl edir. Bu isə o deməkdir ki, bir yox, iki libas əldə edirsiniz. Bu isə öz növbəsində çox əlverişlidir.

Kövsər xanıma və onun "Alkhara" markasına yalnız və yalnız uğurlar arzu edirəm. Bu cür maraqlı layihələri və zövqlü kolleksiyaları axarlı olsun. Kövsər xanımın uğurlarını görək bizdə sevinək".

Qeyd edək ki, bu gün nümayişdə təqdim olunan biri-birindən zövqlü və dəbli geyimləri "Alkhara" markasının "şourum"undan, yəni butikindən əldə etmək mümkündür. 





























Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

End of content

No more pages to load

RADİO