İki Şəbnəm yenidən efirdə DALAŞDILAR - VİDEO

Əməkdar artist Şəbnəm Tapdıq məhkəməyə verdiyi həmkarı və adaşı Şəbnəm Tovuzlu (Əsədova) ilə yenidən efirdə dalaşıb.

Bizim.Media xəbər verir ki, Ş.Tovuzlu "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı efirinə zəng vuraraq onu məhkəməyə verən və haqqında xoşaqəlməz fikirlər səsləndirən Ş.Tapdığdan bu qalmaqala son qoymasını istəyib.

Tovuzlu bildirib ki, atası bu hadisələrə görə dərin stress keçirib və səhhəti yaxşı deyil:

"Atam rayondan mənə zəng edib. Onun 70 yaşı var. Yaşlı insandır. Atam ürək xəstəsidir. Hadisələrdən çox əsəbiləşib. Ona söylədim ki, narahat olma, sənin əsəbiləşməyinə ciddi bir əsas yoxdur. Bizə 3 dəfə Nəsimi rayon məhkəməsindən məktub gəlib. Şəbnəm xanım məni məhkəməyə verib. Amma mənim məhkəməyə getməyə zamanım olmayıb. Buna səbəb Rusiyada toylarda olmağım olub. Bu ayın, yəni fevralın 27-də baş tutacaq məhkəməyə vəkilim gedəcək. Yəqin ki, bu işə xitam veriləcək. Bu məsələ belə getməyəcək. Mehriban olmaq daha yaxşıdır. Biz ölümlü bir dünyada yaşayırıq. Hamımız ölüb gedəcəyik. Bir qarış kəfən bizə qismət ola və ya olmaya. 

Şəbnəm xanıma bir kiçik kimi deyirəm ki, o, böyükdür, hörmətim var. Adım Şəbnəmdir və minlərlə Şəbnəm adında xanımlar var. Adımın dəyişməsi sənə stimul, böyük bir qonorar verəcəksə və ya nəsə bir dəyişiklik olacaqsa, adımın yanına bir ləqəb qoşub çıxaram. Amma bilirəm ki, bu sizə bir şey verməyəcək və bununla nələrsə əldə edə bilməyəcəksiniz. 

Atama görə həqiqətən əsəbiləşmək istəmirəm. O, hər dəfə efirə baxıb belə məsələləri görəndə stress yaşayır və deyir ki, “qızım, bu qadın səndən axı nə istəyir”.

Mənə hələ də qaranlıq qalan məqam isə, Şəbnəm xanımın məndən nə istədiyi və nə məqsəd daşımasıdır. Siz məndən nə istəyirsiniz? İllər əvvəl mən Şəbnəm xanımın evinə gedib onunla görüşmüşəm hətta ona gözəl hədiyyələr də vermişəm. O isə bunun qarşılığında mənə təşəkkürünü və hallallığını verib".

Qarşı tərəf isə "Mən bu məsələyə nöqtə qoymuşam" deyərək eyni cümləni dəfələrlə təkrarlayıb.

Ekspertlər isə bu məsələdə Tapdığın deyil, Tovuzlunun tərəfini saxlayıblar. Onlar Əməkdar artistin doğru yolda olmadığını və bu məsələnin barışıqla həll olmasını istəyiblər.

Lakin Ş.Tapdıq "Mən bu məsələdə nöqtəni qoymuşam. Mən oğlaq bürcündənəm. Onlar isə hər addımlarından və hər fikirlərindən dönməyənlərdir" sözlərini söyləyib.

Bunu eşidən Ş.Tovuzlu "Şəbnəm xanım çox iddialıdır. Tamam, məhkəməyə getsin. Mən də dərinə və sonuna qədər gedəcəyəm. Əlindən gələni ardına qədər qoymasın" fikirlərini dilə gətirib.

Qeyd edək ki, Şəbnəm Tapdıq Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirmişdi ki, qarşə tərəf yəni Şəbnəm Tovuzlu (Əsədova) onun haqqında xoşaqəlməz fikirlər səsləndirib. Tapdıq Tovuzlunu “Dünyasını dəyişmiş anam Şəbnəm Tapdıqla rəfiqə imiş” sözlərinə görə məhkəməyə verdiyini bildirib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

End of content

No more pages to load

RADİO