Dədə Süleymanın mülk davasında günahlandırılan QIZI: \"Qardaşım atamı boğurmuş\" - VİDEO 

Xəbər verdiyimiz kimi, Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayevin oğlu Cümşüd efirə çıxaraq bacısı Aygün Abdullayevanın atasından qalan mülkləri ələ keçirdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, mərhum sənətkarın qızı Aygün Abdullayeva "Bizimləsən" ictimai-sosial verilişinin canlı efirinə gələrək, qardaşının irəli sürdüyü ittihamlarına üzbəüz cavab verib.

Aygün bildirib ki, Cümşüd etibarnaməni ona öz istəyi ilə verib. Lakin qardaşının göndərdiyi etibarnamə onun evinə gəlib çıxmayıb:

"Həbsxanada olan zaman günlərin bir günü Cümşüd mənə zəng vurdu. Söylədi ki, mən bir səhv etmişəm etibarnaməni vermişəm oğluma. Həyat yoldaşım deyib ki, etibarnamə ver, evi satıram. Mənim əlimdə həmin evin çəkilən şəkilləri var. O şəkillər də evin satılması üçün çəkilib. Diqqətlə baxsanız görərsiniz ki, ev çox səliqəlidir. Şəkillərdə ev alqı-satqı saytına yerləşdirilib. Cümşüdün yanında həbsxanada olan digər yoldaşları ona səhv etdiyini deyiblər. Bir ailə ki səni tərk edir və həyat yoldaşın boşanma sənədini həbsxanaya göndərirsə, sən ev haqqını tələb et. Sonra Cümşüd mənə həbsxanadan zəng vurub, ağlayaraq söylədi ki, sənə etibarnamə verirəm və yanımda yoldaşlarım deyir ki, həbsxanadan çıxandan sonra küçədə qalacaqsan, ona görə də etibarnaməni bacına ver. Atam da zəng vurub Cümşüdlə danışanda eyni sözləri ona söyləyib və deyib ki, sənin ev haqqın var. Cümşüd həmin etibarnaməni yollayıb. Amma o yolladığı etibarnamə evimə gəlib çatmadı. Çümşüdün dediyi sözlərin hamısı yalandır. Siz ona inanmayın".

Sənətkarın qızı qardaşının zirzəmidə yaşamasını yalanlayıb. Belə ki, Aygün vurğulayıb ki, Cümşüd ailəsi ilə barışıb və hazırda onlarla 3 otaqlı evdə yaşayır:

"Çümşüd mənim qardaşımdır. Ondan imtina etməmişəm. Dekabrın 3-ü 40 min manatla hökumətin notariusuna getdik o sənədə imza atdıq. Sual verin mənə ki, Aygün, sən o pulu niyə evində qardaşın Cümşüdə vermədin? Çünki heç nəyə Cümşüdə inandırmaq mümkün deyil. Cümşüd gedib, o uçuq, zirzəmi kimi bir yerdə guya ki yaşayır... Cümşüd 3 otaqlı evindən çıxıb, gedib o yerdə qalır. Həmin zirzəminin yiyəsi Arzuxan adında şəxsə xahiş edib ki, mənə bir həftə vaxt ver, burada qalıb, hansı şəraitdə yaşadığım haqda verilişdən gəlib süjet çəkiləcək. Qoy camaat bilib, görsün ki, mən bu cür şəraitdə yaşayıram. Amma əslində Cümşüd həyat yoldaşı ilə çoxdan barışıb və 3 otaqlı evdə qalır".

Aygün həmçinin söyləyib ki, günlərin bir günündə şizofreniya xəstəliyinin əlamətləri qardaşı Cümşüdə gəldiyində atasının üzərinə hücüm çəkərək, onu boğub:

"Cümşüd atamız Dədə Süleymanın evindən ona görə qovulub ki, qardaşımın o şizofren xəstəliyi tutub və atasının yanına qaçaraq başlayıb onu boğmağa. Bəli, Cümşüd atamızı boğub. Şizofren halı tutub, özündə olmayıb. Anlaqsız vəziyyətdə olub. Buna görə isə mən qardaşımı qınamıram. Atam qaçıb həyətimizə, başlayıb qışqırmağa ki, tez köməyə gəlin. Şizofren xəstəliyi isə qardaşı qazanıb. Elə-belədən o xəstəliyə tutulmayıb”.

Proqramın gedişatında Aygünün verilişə təqdim etdiyi atası Dədə Süleymanın sağikən oğlu Cümşüd haqda gileylənməsinin səs yazısı yayımlayıb. 

Səs yazıda deyilir:

"Cümşüd yarımçıq anadan olub. Cümşüd 5-6 aylığında anadan olub. O ancaq ziyankardır. Lenin də belə idi. O da 6 aylıq dünyaya gəlib. O ziyankarlıq edə-edə adlı-sanlı bir insanı vurdu yerə. Nəbilim, neylədi... Sənin (qızı Aygünü nəzərdə tutur - red.) qadan-balan hamısı onların başına gəlsin. Aygünüm, heç zaman xəstələnmə (səs yazıda Dədə Süleyman salavat çevirir). Aygün qızım mənə oğulluq, analıq, bacılıq edir".

Qeyd edək ki, Cümşüd daha əvvəlki açıqlamasında bildirib ki, atasından qalan mülkləri bacısı Aygün Abdullayeva ələ keçirib. Bundan sonra o, küçələrdə qalır. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO