Faiq Ağayev Rəhim Rəhimlinin həyatını puç edən həmkarından danışdı - VİDEO

“Rəhim (müğənni Rəhim Rəhimli – red.) mahnı hazırladı: “Kimlər gəldi, kimlər getdi”. Orda səhnə adamlarından bəhs olunurdu. Jurnalistlərdən biri o mahnının mənə ünvanlamış kimi qələmə verdi. Rəhim də həmin suala cavab vermədi. Rəhimə zəng vurdum. Ona söylədim ki, bu nə məsələdir belə... Bilirəm ki, sən deməmisən, jurnalist deyib. Sənin isə tam imkanın var ki, dönüb söyləyəsən ki, bu, Faiq Ağayev barəsində deyil. Cavab verdi ki, boş ver dostum. Mən bu mahnını sənə aid etməmişəm. Məsələ ilə bağlı məndən soruşanda isə sərt çıxış etdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “O üz” verilişində deyib. 

Sənətçi mərhum həmkarı Rəhim Rəhimli ilə aralarında yaşanan qalmaqaldan söz açıb: 

“Çıxışımın efirə getməsindən 20 dəqiqə sonra Rəhim mənə zəng edib, söylədi ki, mən nə boyda qələt eləmişəm. Bilsəydim ki, söhbət belə qızışacaq özüm çıxış edib deyərdim ki, bu mahnının siz Faiq Ağayevə aidiyyatı yoxdur. Rəhim mənimlə hər zaman “siz” deyə müraciət edərək, danışırdı. Baxmayaraq ki, aramızda aşırı səmimi münasibət vardı. O heç  zaman qanacağından və mərifətindən qalmazdı. Ona dedim ki, elə  et ki, bir də səndən inciməyim. Mənim də xasiyyətim belədir. Dedi ki, baş üstə. Bundan sonra Rəhimdən bir dəfə də olsun yalnış çıxış görmədim”. 

Ağayev bildirib ki, Rəhimli ilə onun arasını vurmağa çalışan həmkarları mərhumun dəfn mərasimində saxta göz yaşı axıdıb: 

“Bilirəm Rəhimin elə çıxış etməyinin səbəbi nə idi və kim onu qızışdırmışdı. Bilirəm ki, ideyanı ona kim vermişdi. Həmin şəxs Rəhimin dəfn mərasimə gəlib, “timsah göz yaşı” töküb. Halbuki, onun ən böyük düşməni o insan idi. Ən böyük düşməni... Bu haqda Rəhimin dəfnindən sonra da müsahibə vermişdim.

Müsahibəmdə demişdim ki, Rəhimin həyatını puç etməyə çalışan və vaxtını ona sərf edən insanlar gəlib onun dəfnində “timsah göz yaşlarını” tökür. Rəhimə etdiklərinə görə mütləq məsuliyyət daşıyacaqlar. Necə ki, bununla bağlı problem yaşayırlar”. 
Qeyd edək ki, Rəhim Rəhimli ötən il sentyabrın 30-da dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. İfaçı eyni zamanda qaraciyər sirrozundan əziyyət çəkirmiş. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

End of content

No more pages to load

RADİO