Nigar Camal: “Qızlarım hər şeyə görə məndən icazə alırlar” - VİDEO

“Qızlarım Jasmin və Səidə Londonda dünyaya gəlib. Onlar məndən nəsə istəyəndə mütləq şəkildə icazə alırlar. Fərqi yoxdur, hər şeyə görə  icazə alırlar. Hətta olur ki, qızlarımın istədikləri yerə getmələrinə icazə vermirəm.

Demirəm ki, yox getməyəcəksən. Başa salıram ki, getməsən yaxşı olar. Onlar da bir az düşündükdən sonra mənimlə razılaşırlar və getmirlər. Qızlarıma hər şeyi ehtiyatla başa salıram. Jasminin 17, Səidənin isə 16 yaşı var. İndi onlar elə bir yaşdadırlar ki, üstlərinə getmək olmaz”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Qızları Jasmin və Səidədən söz açan sənətçi bildirib ki, onları vaxtaşırı tənbeh edir: 

“Dünən qızım Jasmini danlamışam. Məsələn deyir ki, bu geyimi istəyirəm. Amma mən ona hər istədiyini almıram. Əgər çox lazımdırsa yalnız o zaman alıram. Bilirəm ki, onun indi nədənsə xoşu gəlirsə, bir-iki gündən sonra deyəcək ki, xoşum gəlmir. Ona görə almıram. Onun xasiyyətini çox yaxşı tanıyıram. Bilirəm ona nə olar, nə olmaz”. 

Nigar hazırda anasının Londonda qızlarının yanında olduğunu vurğulayıb: 

“Anam hazırda Londonda qızlarımın yanındadır. Anam Londonu çox sevir. Orada onun çox sayda rəfiqələri və dostları var. Baxmayaraq ki, mən uzun illərdir ki, Londonda yaşayıram, amma mənim anamdan fərqli olaraq cəmi bir- iki yaxın dostum var. Çünki mən insanlardan uzaq olmağa çalışıram”. 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

100 illik ev alıb bu hala hala saldılar – FOTO

100 illik ev alıb bu hala hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

End of content

No more pages to load

RADİO