Otel işçilərindən Aynişana doğum günündə SÜRPRİZ - FOTO/VIDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva Novruz Bayramı ərəfəsində Şri-Lankaya yollanıb. 

Bizim.Media xəbər verir ki, lüks otellərin birində istirahət edən bloqerə axşam saatlarında gözlənilməz sürpriz olunub. 

Belə ki, ötən gün doğum gününü qeyd edən Aynişana otelin işçiləri tort və gül çələngi gətirərək təbrik ediblər. 

Bu cür diqqətə görə bloqer onlara təşəkkürünü bildirib. 

Həmin anları Aynişan Quliyeva 1,3 milyonluq “Instagram” hesabında izləyiciləri ilə bölüşüb. 
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

End of content

No more pages to load

RADİO