Qadın aclığı...

Say və miqdarı artdıqca çəki və sanbal baxımından ciddi itkilərə məruz qalan Azərbaycan KİV-nin özünəməxsus eybəcərliklərindən biri mediada yer alan informasiyaların bəzən oxuculara ən riyakar və xoşagəlməz üsullarla təqdim edilməsi ilə bağlıdır. Bu üsullardan ən maraqlısı ölkə mediasında işıqlandırılan materialların sosial şəbəkələrdə gözəl qız şəkilləri ilə bəzədilən saxta profillər vasitəsi ilə təqdim olunmasıdır.  

Nə qədər qəribə olsa da, ölkədəki əksər saytlar daha oxunaqlı olmaq üçün öz yazılarını sosial şəbəkələrdə gözəl qız şəkilləri ilə bəzədilmiş saxta profillər vasitəsi ilə yayır ki, bu da səbəbsiz deyil. Belə ki, çağdaş cəmiyyətin zövq və ruhuna yaxşı bələd olan saytlara əksər oxucuların profil sahibinə onun təqdim etdiyi xəbərdən daha çox maraq göstərdiyi bəllidir. Hətta heç bir ciddi informasiya yükünə malik olmayan xəbərlərin belə sadəcə qadın niki ilə paylaşıldığı üçün sürətlə “like”x9d edilməsi, şərh bölümündə geninə-boluna müzakirə olunması da bu reallığın göstəricisidir.

Bəli, bu günün oxucusu üçün önəmli olan xəbərin özü, onun mahiyyəti deyil, bu xəbərin kimin təqdimatında ona çatdırılmasıdır. Çağdaş Azərbaycan oxucusunun hansısa informasiyanı oxuması üçün ona bu xəbəri təqdim edən şəxsin ekrandan boylanan parıltılı çöhrəsi, şəhvətli baxışları, yarıçılpaq bədəni olamlıdır. Onun sifət cizgiləri dil açıb danışmalı, ekrandan ona baxan hər kəsi həyacanlandırmalı, riqqətə gətirməlidir. Onun baxışlarından elə bir coşğu, elə bir ehtiras boylanmalıdır ki, bu baxışlar ən möhkəm etiqad sahibini belə yoldan çıxartmalıdır. Ekran qarşısında dayanan hətta İsa peyğəmbərin özü olsa belə, xəbər təqdimatçısının şəklinə, onun iblisanə gözəlliyinə etinadsız qalmamalıdır.

Xəbər paylaşımı məqsədi ilə yaradılan saxta qadın profillərində dostluqların rekord həddə olması, bu profillərə ünvanlanan dostluq mesajlarının saysız-hesabsızlığı da müasir Azərbaycan oxucusunun mahiyyətindən xəbər verir.

Əslində, sosial şəbəkələrdəki qadın profillərinə olan marağın hədsiz böyüklüyü, bu marağın az qala psixoloji asılılıq halını alması cəmiyyətdəki qadın aclığından xəbər verir. Uzun illərdir ki, yürüdülən  idarəetmə siyasəti, mənəvi dəyərlərdən qismən və ya tamamilə imtina Azərbaycan cəmiyyətində yeni maraq və zövqlərin meydana gəlməsinə səbəb olub. Bu gün cəmiyyətin böyük bir qismi yaşamın mənasını qızıl kisəsində, içki və qadın məclisində axtarmaqdadır. Qadın aclığı vəhşi bir qurd, amansız xərçəng kimi cəmiyyəti içəridən yeyib bitirməkdə, onu hər gün bir az da simasızlaşdırmaqdadır.

Bu baxımdan, saxta qadın nikləri yaradıb onu idman və kino ulduzu olan qadınların şəkilləri ilə bəzəməyin özü də Azərbaycan cəmiyyətinə xas əcaiblik, əxlaqsızlıqdır. Bu, sadəcə oxucuları aldatmağa, hansısa materialları zorla gözə soxmağa, oxucu sayını süni şəkildə artırmağa hesablanan bir addım deyil. Bu, həm də ciddi bir əxlaqsızlıq və acizlik əlamətidir. Çünki hər bir peşə və sənətdə yalan və əxlaqsızlıq o vaxt dövriyyəyə girir ki, insanlar dürüst və əxlaqlı yollarla öz maraqlarını təmin edə, özlərini, öz bacarıqlarını təsdiq edə bilmirlər. Çarəsizlik, əqli səbatsızlıq yalan və fırıldağa yol açır. Bir yalan isə həmişə olduğu kimi digər yalanı çəkib gətirir.

Odur ki, bundan sonra bəyəndiyiniz informasiyaların kimlər tərəfindən təqdim edildiyinə diqqət edin. Unutmayın ki, diqqət çəkmək üçün bəyəndiyiniz, şərh yazdığınız profillərin əsl sahibi ölkə saytlarının bığlı-saqqalı “gözəlçələridir”x9d. Hansı ki, onların qadına olan aclığı sizin aclığınızdan heç də az deyil. Yox, əgər sizi həqiqətən də xəbər və onun mahiyyəti maraqlandırırsa, o zaman bu informasiyaların kim tərəfindən təqdimatının elə bir əhəmiyyəti yoxdur. Daha doğrusu olmamalıdır...

 

Seymur Əliyev

e-mail: [email protected]

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York meri: "Mən İsraili bir dövlət kimi dəstəkləyirəm" - VİDEO

Nyu-York meri: "Mən İsraili bir dövlət kimi dəstəkləyirəm" - VİDEO

Venesuelada zəlzələ zamanı argentinalı futbolçunun ailəsi HƏLAK OLDU

Venesuelada zəlzələ zamanı argentinalı futbolçunun ailəsi HƏLAK OLDU

ABŞ-ın İrana son hücumundan görüntülər - VİDEO

ABŞ-ın İrana son hücumundan görüntülər - VİDEO

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Almaniyada ən yüksək temperatur qeydə alındı: 41,7 dərəcə

Almaniyada ən yüksək temperatur qeydə alındı: 41,7 dərəcə

Əraqçı İraqda Qasım Süleymaninin öldürüldüyü yerə baş çəkdi - VİDEO

Əraqçı İraqda Qasım Süleymaninin öldürüldüyü yerə baş çəkdi - VİDEO

İranda dolların məzənnəsi bahalaşdı

İranda dolların məzənnəsi bahalaşdı

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO

Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Slavyansk neft emalı zavodu dron hücumundan sonra - VİDEO

Slavyansk neft emalı zavodu dron hücumundan sonra - VİDEO

Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

Tovuzdakı qəzada xəsarət alanların SON DURUMU

Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi

Türkiyə Futbol Federasiyası Montella bağlı qərarını verdi

Qadın evindəki “domovoy”u VİDEOYA çəkdiyini deyir

Qadın evindəki “domovoy”u VİDEOYA çəkdiyini deyir

Yaponiyada rusiyalı residivist saxlanıldı

Yaponiyada rusiyalı residivist saxlanıldı

Rassel "Formula 1" Avstriya Qran-prisinin qalibi oldu

Rassel "Formula 1" Avstriya Qran-prisinin qalibi oldu

Evdən yaşlı qadın meyiti tapıldı

Evdən yaşlı qadın meyiti tapıldı

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Yayın ortasında 5 metr QAR YAĞDI

Yayın ortasında 5 metr QAR YAĞDI

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına BAŞSAĞLIĞI - FOTO

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına BAŞSAĞLIĞI - FOTO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO

End of content

No more pages to load

RADİO