Öz dərdinə gülən insanlar


 

Nəyə gülürsən, dərdə gülməzlər, adam balası, dərdə ağlayarlar. Bizdə adamlar ağır-ağır dərdlərinə qəşş eləyib gülürlər. Şaqqanaq çəkir, uğunur, dərdlərinə diringi gedir bizdə adamlar. Heç bilmirsən adamlara nə olub? Dəlidir, yoxsa, nədir adamlar? Elə bil ki, kəsik yurdun bu başından, o başına fəryadları ürək dələn ah nalələr bizim deyil. Param-param parçalanan, yarı orda, yarı burda naçar qalan didərginlər bizim deyil. Haqqı deyən insanların Güneyinin zindanında səsi batan, azadlığın gül üzünə Quzeyinin meydanında oğulların qanı batan elə bil ki, biz deyilik. Biz deyilik hər addımda hüquqları tapdalanan, biz deyilik səhər-axşam azğınlaşmış məmurların can qəsdinə məruz qalan.

Nəyə gülürsən adam balası? Sərvəti talanan, yurdu yağmalanan, öz yurdunda qərib insan, nəyə gülürsən? Ocaqları söndürülən, torpaqları yandırıllıb külə dönən, zavallı qaçqın nəyə gülürsən? İçi göynərtili, sinə dağlı şəhid anası, nəyə gülürsən? Millətinin qanı üstdə taxtın qurub, öz xalqına divan tutan, ac-yalavac insanlardan üz çevirib, acgözlüklə sərvət yığan, torpaq satan, sən ey  nadan nə gülürsən? Uşaq satan, qadın satan, qız-gəlinin namusunu dubaylarda pula satan nazirbaşı, məmurbaşı nə gülürsən? Rəzalətə, səfalətə, ümmətini nadanlığa sürükləyən cəhalətə gözün yuman mollabaşı-həzrəti şeyx nə gülürsən? Yavanlığı daşdan çıxan, külfəti ac, atam-insan nə gülürsən?  Nəvəsinin yüz il bundan sonra belə, haqqı yeyilən babam-insan nə gülürsən? Təqaüdü bir donluğa, beş arşınlıq kəfən-bezə yetirməyən nənəm-insan nə gülürsən?

Nəyə gülürsən adam balası? Xiffətini mahnılarda yaşatdığın əldən gedən el-obanın qaragünlü halınamı?  Bir qarınlıq ruzi üçün, diyar-diyar səfil düşən övladının qismətinə- kor baxtınamı? Bəlkə, xəyanətin yadıgarı çadırlarda süd əvəzi palçıq əmən körpələrin “xoş” gününə toy qurursan? Bəlkə, Bakısında fantan vuran qara qızıl neftimizdən komasına işıq payı yetişməyən millətinin kəm bəxtinə dəm havası züy tutursan? Kimdi səni dəli kimi dərd üstünə güldürən? Kimdi sənin ağır-ağır dərdlərini iblisanə qəhqəhələrlə içindəcə öldürən? Nə uymusan, əldən gedən oylaqlardan, yaylaqlardan dastan açıb, telli sazı sinəsinə basanlara? El yasını bayram edib, arsızlığın nəğməsini qoşanlara? Nədən səni yad havası dingildədir, oynadır, fələk qarı yoxsa səni öz vayına oynadır?

Nəyə gülürsən adam balası? Bəlkə sənin şəhər boyu yaptırılan imarətlərdə beş otaqlı evin varmış? Kandarına yetmədiyin düzənlənən villalarda  manqalları kabab dolu közün varmış? Bəlkə də heç biz bilmiririk, hər küçəsi üstümüzə diş qıcadan şəkillərlə bəzədilmiş, qanunları ayaqaltı bu ölkədə adam kimi söz deməyə haqqın varmış? Haqqın yoxsa kiri, dayan, bax gününə arsız insan, ayıl, oyan! Sənin deyil saray əhli nazirlərin yaşadığı zəngin həyat! Sənin deyil bulvarında qaragünlü taleyinə çırtma vurub oynadığın, o toy-büsat! Divarları qan sızayan göydələnlər sənin deyil! Həsrət ilə boylandığı geniş yollar, ağacüstü çıraqbanlar sənin deyil!

Nəyə gülürsən adam balası. Sənin büsat qurub, toy eyləyən, lap istəsən ürəkdən də qəşş eləyən xoş günlərin qabaqdadır  adam balası! Nə zaman ki, azadlığın gül üzünə geniş qucaq açacaqsan, günəş kimi zülmətlərin bağrın yarıb, köləliyin boynundakl buxovunu qıracaqsan, nə zaman ki, sınağına çəkildiyin bir qarın çörəyə yox, mədəniyyətə, insanlığa can atacaqsan, nə zaman ki, var gücünü toparlayıb, tarixinə qara ləkə bir zümrənin caynağından birdəfəlik qurtulub da, vətənində ədalətin bayrağını ucalara taxacaqsan, nə zaman ki, əlbir olub son döyüşlə düşmənindən Qarabağın qisasın alacaqsan, yalnız onda hürr yaşamaq, sidq ürəkdən gülmək haqqın alacaqsan!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qeydiyyatdan keçən abituriyentlərin SAYI BİLİNDİ

Qeydiyyatdan keçən abituriyentlərin SAYI BİLİNDİ

Pentaqon və Google arasında kritik süni intellekt sazişi

Pentaqon və Google arasında kritik süni intellekt sazişi

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”

“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”

İsrail “Sumud Donanması”nın gəmilərini ələ keçirdi – VİDEO

İsrail “Sumud Donanması”nın gəmilərini ələ keçirdi – VİDEO

Qəbul imtahanına qeydiyyat başa çatdı

Qəbul imtahanına qeydiyyat başa çatdı

Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri” ilə bağlı qərar verildi

"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri” ilə bağlı qərar verildi

Rusiya Odessaya zərbə endirdi: 16 yaralı var – FOTO-VİDEO

Rusiya Odessaya zərbə endirdi: 16 yaralı var – FOTO-VİDEO

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

Dünyanın ən bahalı şəhəri seçildi

Dünyanın ən bahalı şəhəri seçildi

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

ABŞ lideri Hörmüzü "Tramp boğazı" adlandırdı - FOTO

ABŞ lideri Hörmüzü "Tramp boğazı" adlandırdı - FOTO

Şuşaya doğru yol açan səssiz qəhrəmanlar – FOTO

Şuşaya doğru yol açan səssiz qəhrəmanlar – FOTO

End of content

No more pages to load

RADİO