Heydər Əliyev və Əliş dədəm...

1982-ci ilin avqust ayının sonları,  yeni tədris-dərs ilinin, o cümlədən,  məşəqqətli pambıq mövsümünün (yığımının) başlanması ərəfəsi idi...Mərhum Heydər Əliyev birinci katib kimi (ondan cəmi 3-4 ay sonra Moskvaya-Siyasi Büroya getdi) ikinci dəfə rayonumuza, o cümlədən, Azərbaycanın əhalisinin sayına və ərazisinin böyüklüyünə, həmçinin, inkişaf səviyyəsinə görə ən böyük və ən üzdə olan kəndlərindən (o vaxt hələ qəsəbə deyildi) olan kəndimizə-Qızılhacılıya gəlmişdi...

Heydər Əliyev, o vaxtın ifadəsi ilə desək, yerli kənd zəhmətkeşləri, əməkçilərlə  görüşəndən sonra həm də Goranboyun, eləcə də, kəndimizin ağsaqqalları ilə görüşmüşdü...Onunla görüşənlər arasında sözün əsl mənasında el ağsaqqalı olan Əliş dədəm (anamın doğmaca əmisi) də vardı (Heydər Əliyevlə Əliş dədəmin birgə fotosu Goranboyda muzeydə, eləcə də Yaşa dayımgildə durur-həm də görüş səhnəsi AzTV ilə də işıqlandırılmışdı, bugünkü kimi yadımdadır)...Heydər Əliyev xüsusilə, Əliş dədəmlə hal-əhval edəndən sonra özünəməxsus tərzdə onunla zarafatlaşmış (hətta, gözləmədiyi cavabdan xeyli şaşırmış və ürəkdən gülmüşdü) və "ağsaqqal, məndən xahişiniz, arzunuz nədir, yerinə yetirim"- deyə, soruşmuşdu...

Qeyd edim ki, o vaxt kəndimizdə iki (əslində 3) orta məktəb vardı, biri mən təhsil aldığım 2 saylı orta məktəb, bir də Sovetlərin  qanlı repressiyası üzündən kəndimizdən didərgin düçmüş Hacı Həvil ağaya məxsus evdə yerləşən və sonradan genişləndirilən 1 saylı orta məktəb vardı...Həmin məktəb də artıq necə deyərlər, əldən düşmüşdü, şagirdlərin sayı da həddən artıq çox olduğu üçün siniflər çatışmırdı...Əliş dədəm də özünəməxsus şəkildə və şirin Qızılhacılı ləhcəsi ilə "qadan alım, mənə heç nə lazım deyil, amma kəndimizdə yeni məktəbə ehtiyac var, uşaqlar hələ köhnə-uçuq, Sovet hökumətindən qabaq tikilmiş bəy (ağa) evində dərs keçirlər. İstəyim yalnız odur ki, Qızılhacılıda yeni məktəb tikilsin və mən də onun tikilməyini görüm" demişdi...Heydər Əliyev də yanında gələnlərə dərhal göstəriş vermişdi ki, Qızılhacılıda ən qısa müddətdə ən müasir tipli məktəb tikilsin...Cəmi iki ilə də (1984-cü ilin senyabrında) kəndimizdə Bakının ən müasir məktəblərindən belə üstün səviyyəli olan 3 mərtəbəli məktəb binası inşa edilmiş və istifadəyə verilmişdi...Məktəbin tikintisinin başa çatmasına cəmi 3-4 ay qalmış isə Əliş dədəm dünyasını dəyişmişdi-amma məktəbin təməlatma mərasimində iştirak edərək öz ağsaqqal xeyir-duasını vermişdi...Yəni, açılışını görməsə də, arzusu yerinə yetmişdi...Allah hər ikisinə də- dünyasını dəyişməsinin 12-ci ili tamam olan Heydər Əlirza oğluna da, Əliş dədəmə də rəhmət, ruhlarını şad, məkanlarını cənnətlik etsin. Amin! 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

100 illik ev alıb bu hala hala saldılar – FOTO

100 illik ev alıb bu hala hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

End of content

No more pages to load

RADİO