DİN-dən işdən qovulan polislə bağlı - Açıqlama

“İsmayıllı işi”nin iştirakçılarına qarşı ifadə verməkdən imtina etdiyi üçün polis əməkdaşı Fərəc Əzizovun işdən qovulması ilə bağlı məlumat yayılıb.


Moderator.az  xəbər verir ki, məlumat Turan informasiya agentliyində yer alıb. Məlumatda bildirilir ki, sentyabrın 17-də Şəki Apelyasiya Məhkəməsində İsmayıllı iğtişaşları işi üzrə prosesdə İsmayıllı polisinin keçmiş əməkdaşı Fərəc Əzizov ifadə verib. Fərəc Əzizov təqsirləndirilənlərdən hər-hansı birinin qanunsuz əməl törətdiyini təsdiq etməyib.

Qeyd edək ki, Fərəc Əzizov daha sonra bu səbəbə görə işdən qovulduğunu bildirib.

DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq həmin polis əməkdaşının işdən çıxarılmasını təsdiqləyib: “Bu gün bəzi Kütləvi İnformasiya vasitələrində Şəki Apellasiya Məhkəməsində keçirilən proses barədə xəbər dərc olunub. Prosesdə şahid qismində iştirak edən sabiq polis nəfəri Fərəc Əzizovun guya uydurma bəhanə ilə işdən qovulduğu xəbərdə iddia edilir. Tamamilə əsassız və qərəzli olan bu iddia ilə bağlı deməliyəm ki, ümumiyyətlə, indiki zamanda dövlət qurumlarından, o cümlədən daxili işlər orqanlarından heç bir əməkdaş “uydurma bəhanə” ilə işindən kənarlaşdırılmır. Orqandan xaric olunmanın konkret səbəbləri olur və buna uyğun olaraq qanuna müvafiq də qərar qəbul olunur. Məlumatda adı keçən İsmayıllı Rayon Polis Şöbəsinin sabiq əməkdaşı Fərəc Əzizovun da DİO-dan xaric edilməsinin əsaslı və konkret səbəbləri olub. Belə ki, o, rayondakı ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrinin satılmasında vasitəçilik etdiyinə, xidməti vəzifəsinə laqeyd və məsuliyyətsiz yanaşdığına, bununla da polis əməkdaşı adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə daxili işlər orqanlarından xaric edilib. Belə bir sıravi polis nəfərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “DİO-da Xidmətkeçmə haqqında” Əsasnməyə uyğun işdən kənarlaşdırılmasını əsassız və qərəzli olaraq siyasiləşdirmək, ona siyasi çalar vermək, ən azından məsuliyyətsizlik və qeyri-peşəkarlıqdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Azərbaycanda balıq ovu mövsümü açıq ELAN EDİLDİ

Azərbaycanda balıq ovu mövsümü açıq ELAN EDİLDİ

End of content

No more pages to load

RADİO