Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, regionun uşaq bağçaları, məktəblər, xəstəxanalar və digər sosial müəssisələrinə minalar (partlayıcı qurğunun qoyulması) barədə hədə-qorxu mesajları daxil olur.
Bizim.Media xəbər verir ki, vilayət rəhbəri baş verənləri informasiya-terror hücumu kimi qiymətləndirib:
"Hazırda düşmən regionumuza qarşı informasiya-terror hücumu həyata keçirməyə çalışır. Reaksiya verməmək qeyri-mümkündür, baxmayaraq ki, düşmənin məqsədini başa düşürük – 1 sentyabrı pozmaq, uşaqların və böyüklərin bayramını zəhərləmək, bəlkə də panika yaratmaq".
Qubernator sakinləri təmkinli olmağa çağırıb və daxil olan bütün siqnalların xidməti qurumlar tərəfindən yoxlanılacağını vurğulayıb.
Bizim.Media