MTN-i xüsusi əməliyyat keçirdi

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində, beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən xüsusi texniki avadanlıqların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi hüquqazidd əməlinin törədilməsinə görə Ukrayna Respublikasının vətəndaşı, faktiki Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşamış Yançitski Oleksandr Oleksandroviç şübhəli şəxs qismində tutulub.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, faktla bağlı nazirliyin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmışdır. Yançitski Oleksandr Oleksandroviç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
Müəyyən edilib ki, Oleksandr Yançitski və qeyriləri gəlir əldə etmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda dəyəri olan və beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən 60 ədəd “Asus” markalı “RT16” tipli router cihazını Gürcüstan Respublikasının Kutaisi şəhərində əldə edərək, sonradan həmin texniki avadanlıqları “Tbilisi-Bakı” marşrutu üzrə işləyən sərnişin avtobusunda qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirib Azərbaycan Respublikasına gətiriblər.
 
Oleksandr Yançitski Bakı şəhərində fəaliyyət göstərən 30-dan artıq müxtəlif, o cümlədən iri ticarət və istirahət mərkəzlərinin, kafe, restoran, klub və digər xidmət və iaişə müəssisələrinin rəhbərləri ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən “Asus” markalı “RT16” tipli router cihazlarını həmin obyektlərdə quraşdıraraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz rabitə və internet xidmətləri göstərməyə başlamışdır. Bu obyektlərə baxış keçirilərkən həmin cihazların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu aşkar edilib.
 
Qeyd olunub ki, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində informasiya-elektron texnologiyaları sahəsi üzrə ixtisaslaşmış və zəruri biliklərə malik şəxslərin Azərbaycan dövlətinin qanunla qorunan iqtisadi mənafelərinə zərər vura biləcək fəaliyyətləri ifşa edilməklə yanaşı, eyni zamanda beynəlxalq internet şəbəkəsinə icazəsiz qoşulmalarla müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınıb. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Əhaliyə xidmət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin bir daha diqqətinə catdırılır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz rabitə və internet xidmətlərinin göstərilməsi cinayət məsuliyyəti yaradan hüquqazidd əməllərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mbappe bu göstərici ilə Messini ötdü - VİDEO

Mbappe bu göstərici ilə Messini ötdü - VİDEO

Hörmüz boğazından keçidə görə rüsum tətbiq olunmayacaq

Hörmüz boğazından keçidə görə rüsum tətbiq olunmayacaq

DÇ-2026: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

Yaşıl suda çimmək niyə təhlükəlidir? – Alimin İZAHI

Yaşıl suda çimmək niyə təhlükəlidir? – Alimin İZAHI

Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO

Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO

"Allah həmin gün canımı alsın" - VİDEO

"Allah həmin gün canımı alsın" - VİDEO

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

End of content

No more pages to load

RADİO