Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0
DİN Mətbuat Xidmətindənxa0Moderator.az-a verilən məlumata görə, yanvarın 13-də saat 21 radələrində Gəncə şəhəri ərazisindəki “Nizami” məqbərəsinin ərazisindən artezian quyusunun metal borusunun hissəsini oğurlamağa cəhd göstərən 2 nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0
Kəpəz Rayon Polis İdarəsinə təhvil verilən həmin şəxslərin Gədəbəy rayon sakinləri Elyaz Abbasov və Elməddin Abbasov olduqları müəyyən edilib.
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0
Araşdırma aparılır.