Polis narkotik alverçisini ifaş edib. Cəlilabad rayon polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayon sakini Şirinov İlham Cümşid oğlu saxlanılıb.xa0
Onun üzərində narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Polis İlham Şirinovun yaşadığı evə də baxış keçirib və külli miqdardan heroin aşkar edib.
Faktla bağlı Cəlilabad rayon polis bölməsində cinayət işi açılıb və araşdırma aparılır.
Vasif Əlihüseyn