Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Stokholmadakı diplomatik missiyası məlumat yayıb.
Bildirilib ki, hücum edən dronlara saxta partlayıcı qurğu yerləşdirilib. Digər dron isə səfirliyin ərazisinə qırmızı boyalı qab atıb.
Bildirilib ki, İsveçdəki Rusiya diplomatik missiyasına qarşı davam edən hücumlar və onların nəticələri üçün bütün məsuliyyət İsveç tərəfinin üzərinə düşür. Rusiyanın İsveçdəki səfirliyi hücumu işçilərini qorxutmaq cəhdi kimi qiymətləndirir.



Bizim.Media