Rusiya Federasiyasının Altay Respublikasındakı Teletskoye gölünün sahillərində kəpənəklərdən ibarət "ağ bulud" meydana gəlib.
Bizim.Media xəbər verir ki, Teletskoye gölünün sahilində Altay Biosfer Qoruğunun əməkdaşları yemişan kəpənəklərinin kütləvi uçuşunu müşahidə ediblər.
Altay Biosfer Qoruğunun məlumatına görə, erkək kəpənəklər mineral duzları çıxarmaq üçün nəm torpaqda toplanır.
Biologiya elmləri doktoru Oleq Kosterinin sözlərinə görə, həşəratlar regionun iqlimində yaxşı inkişaf edir, buna görə də onların sayı çoxdur.



Bizim.Media