Bakı ş. Sabunçu r. Maştağa qəs. Savalan yaşayış massivində yaşayan İbişov Cəmil Mirzağa oğlu Moderator.az - a ünvanladığı şikayət məktubunda daxili işlər naziri və baş prokurora müraciət edib.
Müraciətdə deyilir:
Hörmətli cənab nazir, hörmətli baş prokuror!
Yazıb sizə bildirmək istəyirəm ki, mən İbişov Cəmil Mirzağa oğlu 1968 ”“ ci ildə Cəlilabad rayonunda doğulmuşam. Ali təhsilliyəm. Uzun müddət (1991 ”“ 1996) Cəlilabad rayon icra hakimiyyətində hümanitar məsələlər üzrə şöbədə böyük məsləhətçi və rayon mədəniyyət şöbəsinin müdiri işləmişəm. Hal ”“ hazırda “Araz ”“ 2011 MM”x9d cəmiyyətində iş icraçısıyam. Ailəliyəm və iki övladım var.

Mənim barəmdə keçmiş tələbə yoldaşım Ruhəngiz Zalzadənin şikayəti əsasında AR CM-nin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin istintaq Sabunçu rayon Polis İdarəsində aparılır. Sabunçu rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli qərarı ilə barəmdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 18 may 2016-cı il tarixdə həbs ev dustaqlığı ilə əvəz edilmişdir.
Mən Maştağa qəsəbəsində, Savalan yaşayış massivində yaşayıram. Təxminən il yarım bundan əvvəl mən 1987-1993-cü illərdə Bakı Dövlət Universitetində birlikdə təhsil aldığım Ruhəngiz Zalzadə adlı tələbə yoldaşımla təsadüfən Maştağa qəsəbəsində rastlaşdım. Biz uzun müddət idi ki, bir-birimizi görmürdük. Bir qədər hal-əhval tutduqdan sonra ayrıldıq. Ruhəngiz və onun 10 yaşlı qızı Nuray (red ”“ adı şərtidir) 2015-ci ilin dekabr ayında və 2016-cı ilin mart ayında bizim evdə qonaq oldular. Evimiz həyət evidir və iki iç-içə olan otaqdan ibarətdir.
Ruhəngiz mart ayının 22 - dən, 24-dək bizdə qonaq olarkən, aramızda uşaqlarla əlaqədar yüngül münaqişə yarandı. Ruhəngiz bizim evdən gedəndə martın 24-ü idi. Martın 27-də axşam saatlarında Ruhəngiz mənim telefonuma zəng etdi və hədə-qorxu gələrək, onun qızına qarşı əxlaqsız hərəkətlər etdiyimi bildirdi. Mən də təbii olaraq əsəbiləşərək, onun bu ittihamına görə qınadım və telefonu söndürdüm. İki gün keçəndən sonra mart ayının 29-da saat 22:50 - də Ruhəngiz mənə yenidən zəng etdi. Mən telefonu açdım və mənim telefonuma bir də zəng vuracağı təqdirdə, polisə zəng edəcəyimi bildirəndə, o da məni polisə verəcəyi ilə hədələdi. Ruhəngizə mənə şər atdığına görə cavab verəcəyini bildirib telefonu bağladım. Mart ayının 31-də 14-cü Polis bölməsindən zəng edib məni ora dəvət etdilər. Bölmədə təhqiqatçı Tahir Mirzəyev məndən izahat aldı, sonra isə bölmə rəisi məni qəbul etdi. Mən olanları rəisə də izah etdim. Orada mənə bildirdilər ki, Rühəngiz səndən pul istəyir. Bir az pul ver, bu iş bağlansın getsin. Mən də etiraz etdim, bildirdim ki, heç bir günahım olmaya ”“ olmaya mən niyə pul verməliyəm? Sonra evə gəldim. Aprel ayının 17-də Sabunçu RPİ-dən müstəntiq Hikmət Vəliyev mənə zəng edib idarəyə dəvət etdi. Mən polis idarəsinə gəldim. Müstəntiq mənim izahatımı alaraq məni həbs edəcəyini bildirdi və polis nəfəri çağırıb məni həbs etdi. Aprelin 18 ”“ də Hikmət Vəliyev məni Sabunçu rayon prokurorunun müavini Nazim Xudiyevin otağına apardı. Otağa daxil olan kimi Nazim Xudiyev üstümə gələrək, məni sillə ilə vurdu. Mən belə bir cinayət törətmədiyimi oğlum yaşda olan, qolumda qandal ola ”“ ola məni sillə ilən vuran Nazim Xudiyevə də izah etdim.
Ruhəngizin mənə qarşı iddiası şər və böhtandan ibarətdir. Bu vaxta qədər heç kəs məni kobudluqda və əxlaqsızlıqda təqsirləndirməyib. Həyatım boyu həmişə adət-ənənələrimizə və qanunlarımıza riayət edərək yaşamışam. Ruhəngiz özünün iyrənc əməllərinə azyaşlı uşağını da alət edib. Nuray (red ”“ adı şərtidir) onun doğma qızı deyi, övladlığa götürüb. Əldə etdiyim məlumatlara görə Ruhəngizin mənə qarşı etdiyi əməllər onun birinci işi deyil. O, bir neçə dəfə normal adamları şərləyib, onlardan pul qoparıb. Mən onun dediklərini etmədiyimə görə məndən şikayət etdi və üzümə durdu. Ruhəngizin dediklərini onun özündən başqa təsdiq edən heç bir sübut yoxdur. Əgər onun dediyi kimi onun qızına qarşı hər hansı bir əxlaqsız hərəkət etmişəmsə, niyə görə üstündən 3 gün keçəndən sonra mənə zəng edir? Bir neçə gündən də sonra polisə şikayət edir. Halbuki, bu hadisəyə görə dərhal polisə getməli idi. Deməli, onun istədiyi alınmadığına görə polisə şikayət edib. Polis isə heç bir araşdırma aparmadan məni həbs etdi.
Ruhəngizin şər və böhtanına görə mənim cəmiyyət içində və ailədə nüfuzuma xələl gəlmişdir. Onun bu hərəkətləri məni işlədiyim kollektivdə, qonşuların, dost-tanışın yanında biabır edib, 48 yaşımda qazandığım hörmət, ad-san hamısı məhv olub. Məni tanıyan xeyli insana şərə düşdüyümü necə izah edim?
Cənab cənab nazir, hörmətli baş prokuror!
Mən xahiş edirəm ki, bununla bağlı ekspertiza təyin edilsin, psixoloqlar dəvət edilsin. Əgər günahım varsa, cəzamı çəkməyə hazıram. Müstəntiq Hikmət Vəliyev indiyə kimi hələ gəlib həyat yoldaşım Səbinə İbişovadan bu işlə bağlı izahat almayıb. Hikmət Vəliyev qardaşlarıma deyib ki: “20 ”“ 30 min gətirin işi həll edim”x9d. İş araşdırılsa, məlum olacaq ki, burda dava pul davasıdır. Axı, bu necə ola bilər ki, mən ailəmin və Ruhəngizin yanında belə bir hərəkət edə bilərəm.
Ruhəngiz Zalzadə mənə şər ataraq, mənim tərəfimdən xüsusilə ağır cinayət törədilməsi ilə əlaqədar yalan məlumat vermişdir. Ona görə də sizdən xahiş edirəm ki, mənim barəmdə yalan məlumat vermiş Ruhəngiz Zalzadə barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə müvafiq göstəriş tapşırıqlar verəsiniz.
Əvvəlcədən sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.
Hörmətlə; İbişov Cəmil Mirzağa oğlu
Ünvan: Bakı ş. Sabunçu r. Maştağa qəs. Savalan yaşayış massivi Tel: 0(50) 671-55-54
Redaksiyadan: Biz də öz növbəmizdə hörmətli baş prokurordan və daxili işlər nazirindən xahiş edirik. Hər zaman Moderator.az-da gedən şikayət məktublarına və müraciətlərə operativ yanaşma sərgilədiklərinə əmin olduğumuzdan bu məsələdə də həqiqətin üzə çıxarılmasında eyni həssasiyyəti göstərsinlər. Ümid edirik ki, medianın dostları olan hər iki hörmətli səlahiyyət sahibi olayı şəxsi nəzarətlərinə götürəcəklər.
Müraciətdə adı çəkilən xanımın da mövqeyini olduğu kimi işıqlandırmağa hazır olduğumuzu bəri başdan bəyan edirik.