Azərbaycanda ərzaq bahalaşmasının qarşısı necə alınır?

“İnflyasiyanın artmasına əsasən qlobal bazarda əsasən ərzaq məhsullarının qiymətlərinin əhəmiyyətli dərəcədə qalxması, başlıca ticarət tərəfdaşımız olan ölkələrdə müşahidə olunan yüksək inflyasiya təsir edib”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

Nazir müavini deyib ki, pandemiyanın təsiri nəticəsində qlobal istehlak logistika zəncirində sınmaların hələ də qalması, xüsusilə son aylar Rusiya və Ukrayna arasında baş verən münaqişə nəticəsində müşahidə olunan təklif şokları və enerji daşıyıcılarının bahalaşması dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlikdən ərzaq qıtlığı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT


“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri bu ilin yanvar-may aylarında 18 %, son 1 ildə isə 23 %-ə yaxın artıb ki, bu da ən yüksək göstəricidir.

Tərəfdaş ölkələrdə həyata keçirilən siyasət, bir sıra məhsulların ixracına qadağalar, tarif və rüsumlar ərzaq qiymətlərinin artmasına təsir edən səbəblər sırasındadır. 

Apa.az-ın məlumatına görə, dünyada ərzaq qiymətlərinin kəskin bahalaşmasının ölkəmizdə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısını almaq məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin görülməsi işlərə başlanıb. Bununla əlaqədar Nazirlər Kabineti tərəfindən fevral ayında müvafiq sərəncam imzalanıb.

Nazirlər Kabinetinin qərarı ilə bir sıra malların istehsalı rüsumdan azad edilib”. “Həmin məhsulların əlavə dəyər vergisindən azad edilməsi istiqamətində təkliflər hazırlanaraq təqdim olunub.

Qeyd edilənlərdən əlavə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Dövlət Nəzarəti Xidməti tərəfindən qarabaşaq, çörək qiymətlərində qanun pozuntularının qarşısını almaq məqsədilə zəruri tədbirlər görülüb. 
Həmçinin dünyada baş verən proseslərdə ölkəmizin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirinin qarşısını almaq məqsədilə Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan bir sıra ərzaq məhsullarının ölkə ərazisindən çıxarılmasının tənzimlənməsini nəzərdə tutan qərarlar qəbul edib”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

End of content

No more pages to load

RADİO