Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin hamısında ucuzlaşma qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,28% azalaraq 83 209,68 ABŞ dollarına enib.
Kriptovalyuta son 7 gündə 2,79% ucuzlaşsa da, son 30 gündə 7,81% bahalaşıb.
“Ethereum” 1,35% ucuzlaşaraq 2 507,20 dollara, BNB 1,07% azalaraq 742,34 dollara, “Zcash” isə 5,53% geriləyərək 1 212,58 dollara enib.
Bizim.Media