Ukraynanın “FirePoint” şirkətinin baş direktoru İrina Terex ölkənin yerli istehsalı olan ilk ballistik raketinin Rusiya ərazisinə buraxıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Şirkət rəhbərinin sözlərinə görə, söhbət 300 kilometrə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik "FP-7" taktiki ballistik raketindən gedir.
İrina Terex həmçinin əlavə edib ki, artıq bu ilin sonuna qədər raketin daha uzaq məsafəyə uçan yeni versiyasının təqdim edilməsi planlaşdırılır.
Bizim.Media