Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı minik avtomobili motosikletlə toqquşub.
Toqquşma nəticəsində 2005-ci il təvəllüdlü Məlikov Allahverən Rasim oğlu və 2007-ci il təvəllüdlü Yusifzadə Fərid Zamin oğlu həyatını itirib.
Qeyd edək ki, sosial şəbəkələrdə həmin gənclərin motosiklet idarə edərkən lentə alınan görüntüləri yayılıb.
Həmin görüntülərdə gənclərin motosikleti təhlükəli idarə etdikləri öz əksini tapıb.
Bizim.Media