İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO

Son illər mənzil bazarında sürətli bahalaşmaya baxmayaraq, yaşayış sahələrinə tələbat azalmır.

Bizim.Media xəbər verir ki, mənzil yalnız yaşayış ehtiyacını ödəyən vasitə deyil, həm də investisiya alətidir. Son illərdə daşınmaz əmlakın investisiya vasitəsi kimi rolu xeyli artıb.

Bu arada, bankların ipoteka kreditləri portfeli də artaraq sentyabrın əvvəlinə 4 milyard 740 milyon manata çatıb. Digər tərəfdən, İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizmi üzrə müraciətlərin çoxluğunu nəzərə alaraq onların qəbulunu müvəqqəti dayandırıb.

Bəs mənzilə tələbatın artması fonunda borclanmanın genişlənməsi hansı riskləri yarada bilər?

İqtisadçı Eyyub Kərimli bildirib ki, ipoteka kreditləşməsinin həcminin artması mənzil bazarında tələbi kəskin şəkildə yüksəldir. Bu isə öz növbəsində tələbatı ödəmək üçün kifayət qədər mənzil fondunun olmamasına və qiymətlərin daha da artmasına səbəb olur.

"Beynəlxalq təcrübədə də belə halların mənzil bazarında ciddi böhran yaratdığına rast gəlinir. Bu, həmçinin maliyyə və bank sisteminə mənfi təsir göstərir. Belə ki, problemli kreditlərin sayı və ipoteka kreditləşməsinin həcmi artaraq ümumilikdə böhran vəziyyətinə səbəb ola bilər", - deyə iqtisadçı bildirib.

Eyyub Kərimli bu risklərin qarşısını almaq üçün ipoteka kreditləşməsinin tənzimlənməsini və iqtisadi sinif mənzillərin tikintisinin artırılmasını təklif edir.

İqtisadçının fikrincə, bu tədbirlər daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsinə və bazarda tarazlığın yaranmasına şərait yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azıx mağarasından reportaj - VİDEO

Azıx mağarasından reportaj - VİDEO

Biləsuvar qəzasında ölən və xəsarət alanların ADLARI

Mərmərə dənizində zəlzələ: İstanbulda da hiss edildi

HƏMAS-ın elit bölməsinin komandiri MƏHV EDİLDİ

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs tutuldu

Bir qrup ziyarətçi “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu - FOTO

Miqrantları daşıyan gəmi batdı - 109 ölü, 116 itkin var

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız

SON DƏQİQƏ: Ukrayna və Rusiya arasında "energetika barışığı" elan edildi

SON DƏQİQƏ: Ukrayna və Rusiya arasında "energetika barışığı" elan edildi

İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO

İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazandı - FOTO

Zelenski: “Trampın elan etdiyi energetika zərbələrinin dayandırılması haqqında ilk dəfədir eşidirəm” - FOTO

İranda təqaüdçülər etiraza qalxdı - VİDEO

Ər-Riyadda partlayış oldu

Ər-Riyadda partlayış oldu

Esmira Fuad vahid məktəbli forması HAQDA: “Azərbaycanın öz qaydaları, prinsipləri var” - VİDEO

Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi oldu

Təhsilin dünyəviliyinin KONSTİTUSİON ƏSASLARI

Zelenski: "Putin 60 günlük atəşkəsə razı olarsa, Ukrayna seçkilər keçirəcək"

Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı - VİDEO

Sabah Culfanın 13 kəndində işıq olmayacaq

SON DƏQİQƏ: Pakistanda fövqəladə vəziyyət rejimi elan olundu

Avropa Parlamenti: Avropa artıq ABŞ-a arxalana bilməz

End of content

No more pages to load

RADİO