Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazandı - FOTO

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvü, peşəkar boksçu Kənan Hüseynəliyev növbəti döyüşünü qələbə ilə başa vurub.
 
Bizim.Media  xəbər verir ki, həmyerlimiz Aşersleben şəhərindəki “Ballhaus in Aschersleben" idman kompleksində keçirilən boks gecəsində Argentina təmsilçisi Leonardo Baez ilə qarşılaşıb. “Odlar Yurdu” boks klubunun yetirməsi altı raunddan ibarət qarşılaşmanın bütün raundlarında üstünlük nümayiş etdirib. İdmançımız sonuncu raundda rəqibini nokdauna salaraq qarşılaşmanı qələbə ilə başa vurub. Bununla da boksçumuz peşəkar rinqdə keçirdiyi 14 qarşılaşmada 13-cü qələbəsini qazanıb.
 

Almaniyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da qarşılaşmanı izləmək və idmançımıza dəstək olmaq üçün arenaya gəliblər. Azərbaycan Bayrağını dalğalandıran və Kənanı qələbəyə səsləyən azarkeşlər idmançımıza fəal dəstək nümayiş etdiriblər.


 “Odlar Yurdu” boks klubu Almaniyada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Klubun rəhbəri, IBF Avropa kəmərinin və bir sıra digər beynəlxalq kəmərlərin sahibi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Azad Əzizov yetirməsinin növbəti sınaqdan uğurla çıxdığını bildirib. O, Kənan Hüseynəliyevin qələbəsini xalqımıza həsr etdiyini deyib.
 
A.Əzizov rəhbərlik etdiyi klubun əsas məqsədinin gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idmana və boksa cəlb edilməsi, eləcə də həvəskar boksçuların inkişafına dəstək verilməsi olduğunu vurğulayıb. Klub rəhbəri Almaniyada yaşayan soydaşlarımızın idmançıların uğurlarını sevinclə qarşıladıqlarını qeyd edib, göstərdikləri fəal və ardıcıl dəstəyə görə onlara təşəkkürünü bildirib.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azıx mağarasından reportaj - VİDEO

Azıx mağarasından reportaj - VİDEO

Biləsuvar qəzasında ölən və xəsarət alanların ADLARI

Biləsuvar qəzasında ölən və xəsarət alanların ADLARI

Mərmərə dənizində zəlzələ: İstanbulda da hiss edildi

Mərmərə dənizində zəlzələ: İstanbulda da hiss edildi

HƏMAS-ın elit bölməsinin komandiri MƏHV EDİLDİ

HƏMAS-ın elit bölməsinin komandiri MƏHV EDİLDİ

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs tutuldu

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs tutuldu

Bir qrup ziyarətçi “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu - FOTO

Bir qrup ziyarətçi “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu - FOTO

Miqrantları daşıyan gəmi batdı - 109 ölü, 116 itkin var

Miqrantları daşıyan gəmi batdı - 109 ölü, 116 itkin var

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız

SON DƏQİQƏ: Ukrayna və Rusiya arasında "energetika barışığı" elan edildi

SON DƏQİQƏ: Ukrayna və Rusiya arasında "energetika barışığı" elan edildi

İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO

İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazandı - FOTO

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazandı - FOTO

Zelenski: “Trampın elan etdiyi energetika zərbələrinin dayandırılması haqqında ilk dəfədir eşidirəm” - FOTO

Zelenski: “Trampın elan etdiyi energetika zərbələrinin dayandırılması haqqında ilk dəfədir eşidirəm” - FOTO

İranda təqaüdçülər etiraza qalxdı - VİDEO

İranda təqaüdçülər etiraza qalxdı - VİDEO

Ər-Riyadda partlayış oldu

Ər-Riyadda partlayış oldu

Esmira Fuad vahid məktəbli forması HAQDA: “Azərbaycanın öz qaydaları, prinsipləri var” - VİDEO

Esmira Fuad vahid məktəbli forması HAQDA: “Azərbaycanın öz qaydaları, prinsipləri var” - VİDEO

Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi oldu

Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi oldu

Təhsilin dünyəviliyinin KONSTİTUSİON ƏSASLARI

Təhsilin dünyəviliyinin KONSTİTUSİON ƏSASLARI

Zelenski: "Putin 60 günlük atəşkəsə razı olarsa, Ukrayna seçkilər keçirəcək"

Zelenski: "Putin 60 günlük atəşkəsə razı olarsa, Ukrayna seçkilər keçirəcək"

Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib

Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı - VİDEO

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı - VİDEO

Sabah Culfanın 13 kəndində işıq olmayacaq

Sabah Culfanın 13 kəndində işıq olmayacaq

SON DƏQİQƏ: Pakistanda fövqəladə vəziyyət rejimi elan olundu

SON DƏQİQƏ: Pakistanda fövqəladə vəziyyət rejimi elan olundu

Avropa Parlamenti: Avropa artıq ABŞ-a arxalana bilməz

Avropa Parlamenti: Avropa artıq ABŞ-a arxalana bilməz

End of content

No more pages to load

RADİO