Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Mari-Agnes Ştrak-Ksimmerman (Marie-Agnes Strack-Zimmermann) ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini istefaya çağırmaqla "qatilin tərəfini tutduğunu" bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ştrak-Ksimmerman "X" sosial şəbəkəsində yazıb.
O, qeyd edib ki, Ukrayna rəhbərliyini Ağ Ev və ya Kreml deyil, azad seçkilərdə yalnız Ukrayna vətəndaşları seçir. O, Rusiya Prezidenti Vladimir Putinin dəstək almaq əvəzinə Haaqa məhkəməsi qarşısına çıxarılmalı olduğunu vurğulayıb.
Avroparlamentarinin fikrincə, müttəfiqlərə və demokratik təsisatlara hücumları ilə Tramp Qərbi zəiflədir və demokratiyaya zərər vurur. Mövcud şəraitdə Avropa ölkələri ardıcıl kurs xətti yürütməli və artıq ABŞ-a arxalanmamalıdırlar.
Bu bəyanat Trampın Ukraynanı Rusiya ilə müharibəyə son qoymağı bacaracaq yeni prezident seçməyə çağırmasından sonra səsləndirilib. Trampın bu çıxışı Kiyevi dəstəkləyən Avropa siyasətçilərinin kəskin tənqidinə səbəb olub.
Bizim.Media