Bakıda sökülən evlərə görə kompensasiya: Rayonlar üzrə məbləğlər

Bakıda söküntü işləri zamanı mənzillərə görə kompensasiya məbləğinin müəyyənləşdirilməsi bir neçə üsulla həyata keçirilir.

Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, bu məbləğ bəzi hallarda Nazirlər Kabineti yanında müvafiq komissiyanın qərarı ilə, bəzi hallarda investorla sakin arasında qarşılıqlı razılaşma əsasında, digər hallarda isə satınalma proseduru nəticəsində müəyyən olunur.

Müvafiq komissiya tərəfindən müəyyən edilən məbləğlər əsasən konkret söküntü layihələri üzrə tətbiq olunur.

Digər üsul isə investorla bina sakinləri arasında birbaşa razılaşmanın əldə olunmasıdır. Bu halda qiymət müxtəlif amillər nəzərə alınmaqla müəyyənləşdirilir və tərəflərin qarşılıqlı razılığı əsas götürülür. Üçüncü variantda isə satınalma proseduru həyata keçirilir. Bunun üçün müvafiq satınalma elan edilir və müsabiqədə qalib gələn qiymətləndirmə şirkəti ərazidəki daşınmaz əmlakın dəyərini müəyyənləşdirir.
 

Mövcud qiymətləndirmələrə əsasən, Bakı rayonları üzrə kompensasiya məbləğləri ərazidən asılı olaraq ciddi şəkildə dəyişir.


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Binəqədi rayonunda ilkin qiymətləndirmələrə əsasən, kompensasiya məbləğləri təxminən 1 300 manatdan 2 500 manatadək dəyişir:

“Lakin bu rəqəmlər rayonun bütün ərazilərinə şamil edilmir. Bir sıra ərazilərdə qiymətləndirmə hələ aparılmadığından həmin yerlər üzrə yekun məbləğ barədə danışmaq mümkün deyil.

Digər rayonlar üzrə kompensasiya məbləği təxminən bu qiymətlər aralaığında dəyişir: Yasamal rayonu 2 300 – 2 700 manat, Nərimanov rayonu 2 300 – 3 000 manat, Səbail rayonu 1 500 – 2 500 manat..

Xətai rayonunda ilkin hesablamalara görə, məbləğlərin təxminən 1 500-2 500 manat və daha yüksək aralıqda müəyyənləşdirilməsi mümkündür. Ərazisinin böyük olması səbəbindən Sabunçu rayonunda qiymətlər müxtəlifdir. İlkin qiymətləndirmələrdə təxminən 1 300-1 500 manat aralığı qeyd olunur. Bununla yanaşı, rayonun daha mərkəzi və əlverişli ərazilərində kompensasiya məbləğinin 1 800-2 000 manata qədər yüksəlməsi mümkündür.

Suraxanı rayonunda isə ilkin qiymətləndirmələrə əsasən, kompensasiya məbləğlərinin təxminən 1 100-1 800 manat aralığında formalaşacağı ehtimal edilir.

Pirallahı rayonunda bu məbləğin təxminən 1 000-1 350 manat arasında olduğu bildirilir. Nəsimi rayonu üzrə isə qiymətləndirmələrin tam yekunlaşmadığı ərazilər var. Buna görə də burada bütün rayon üçün vahid kompensasiya məbləği müəyyənləşdirmək mümkün deyil. Lakin ümumi olaraq qiymətlər 2 000-3 000 manat arasında dəyşir”.
 

AQC sədrinin sözlərinə görə, diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, sadalanan rəqəmlər dövlət tərəfindən bütün sakinlərə veriləcək vahid kompensasiya məbləği kimi qəbul edilməməlidir:


“Bunlar qiymətləndirici şirkətlərin müxtəlif ərazilər üzrə apardığı və ya gözlənilən qiymətləndirmələr əsasında formalaşan təxmini göstəricilərdir. Konkret məbləğ hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparıldıqdan sonra müəyyən edilir. Bu zaman ərazinin yerləşməsi, daşınmaz əmlakın xüsusiyyətləri, həmin ərazidə formalaşmış orta bazar qiymətləri və digər amillər nəzərə alınır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

Yuxu görərkən beyində nə baş verir?

Yuxu görərkən beyində nə baş verir?

Ukrayna bu mövqeləri geri qaytardı

Ukrayna bu mövqeləri geri qaytardı

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

End of content

No more pages to load

RADİO