Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 2,51% azalaraq 84 326,17 ABŞ dollarına düşüb.
Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 10,51%, son 30 gündə isə 4,36% artıb.
“Ethereum”un qiyməti 2,65% ucuzlaşaraq 2 685,42 dollara enib. Son 7 gündə isə aktiv 10,62% bahalaşıb.
Bizim.Media