Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanın dağ-mədən sənayesinin əsas potensialının formalaşdığı Qarabağ və Şərqi Zəngəzur ərazilərinin uzun müddət erməni işğalı altında qalması həm bu istiqamətdə Azərbaycanın sərvətlərinin talanmasına yol açıb, həm də eyni zamanda Azərbaycanın bu resurslardan istifadəsinə maneə olub. Təbii ki, ərazilər işğal altında olduğu üçün bu sahədə tədqiqatlar aparmaq və həmin resursları iqtisadi dövriyyəyə cəlb etmək mümkün olmayıb.

Bizim.Media xəbər verir ki, bu sözləri “axar.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

“Hazırda bu istiqamətdə dövlət proqramı çərçivəsində dağ-mədən sənayesinin və metallurgiyanın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Proqrama əsasən, yaxın üç ildə bu sahəyə 5,3 milyard manat vəsait ayrılacaq. Bunun 1,1 milyard manatı dövlət büdcəsi, qalan hissəsi isə dövlət müəssisələri və özəl sektordan cəlb edilmiş kredit və borc vəsaitləri hesabına təmin ediləcək. 

Dövlət üç il ərzində təqribən 15 min kvadrat kilometr ərazidə axtarış, tədqiqat və istismar işləri həyata keçirəcək, yeni müəssisələr qurulacaq və minlərlə davamlı, dayanıqlı, yüksək maaşlı iş yerləri açılacaq. Proqram uğurla nəticələndiyi təqdirdə bu istiqamətdə ixracın 2,6 dəfə artacağı gözlənilir ki, bu da qeyri-neft ixracının artırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Bununla həm də ölkəyə alternativ valyuta daxilolma kanalı genişlənəcək.

Hazırda bilirik ki, bu sahədə ixrac əsasən bir neçə qızıl və alüminium müəssisəsinin hesabına formalaşır. Həm qızıl, həm də qeyri-qızıl - mis, gümüş və digər yataqların istismara verilməsi dövlətin qeyri-neft ixracı sahəsində imkanlarını genişləndirəcək, davamlı və dayanıqlı iş yerləri təmin etməklə, vergi ödənişlərini artırmaqla əhalinin rifahının yaxşılaşdırılmasına da töhfə verəcək”, - Xalid Kərimli bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

Yuxu görərkən beyində nə baş verir?

Yuxu görərkən beyində nə baş verir?

Ukrayna bu mövqeləri geri qaytardı

Ukrayna bu mövqeləri geri qaytardı

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

End of content

No more pages to load

RADİO