Azərbaycanda 2027-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri AÇIQLANDI

2027-ci ildə Azərbaycanda gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

Maliyyə Nazirliyindən manatın məzənnəsi ilə bağlı PROQNOZ


Məlumata görə, bu tədbirlər çərçivəsində vergi borclarının idarə olunması sahəsində daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.

Qeyd olunanlar nəzərə alınmaqla, 2027-ci il üzrə gəlir siyasətinin əsas istiqamətləri aşağıdakıları nəzərdə tutur:

- Biznes mühitinin fəaliyyətinin, investisiya qoyuluşunun təşviqi və vergitutma bazasının genişləndirilməsi: Vergi siyasətində əsas prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, real sektorun inkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi və investisiya fəallığının təşviqidir. Bu çərçivədə müddəti başa çatan vergi güzəşt və azadolmalarının müddətinin uzadılması, qeyri-neft sektorunun inkişafı məqsədilə nəticəyönümlü yeni güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur.

- Vergi inzibatçılığının və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi: Vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımından əsas istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsidir. Bu çərçivədə uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

- Vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqi: Vergi borclarının idarə olunması sahəsində əsas istiqamətlərdən biri borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsidir.

Bu çərçivədə vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin müəyyən olunması, habelə müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

End of content

No more pages to load

RADİO