İki qonşu ölkədə dollar kəskin bahalaşdı – manatı nələr gözləyir?

İranda dolların məzənnəsi yeni tarixi rekord vuraraq 233 900 tümənə yüksəlib. İki həftə əvvəl bu göstərici 206 400 tümən idi və dolların bahalaşması təxminən 13 faizə çatıb. Digər tərəfdən, Türkiyədə lirə dollar qarşısında hələ də təzyiq altındadır. Regionun iki böyük ölkəsində milli valyutaların dəyər itirməsi Azərbaycanda da narahatlıq yaradıb.

İran və Türkiyədə milli valyutaların zəifləməsi Azərbaycana, xüsusilə manatın məzənnəsinə təsir göstərə bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan iqtisadçı Turab Rzayevin sözlərinə görə, İran və Türkiyədəki iqtisadi vəziyyəti Azərbaycanla müqayisə etmək çox da uyğun olmazdı:
 

“Çünki hər üç ölkədə tamamilə fərqli iqtisadi reallıqlar mövcuddur. İran uzun müddətdir sanksiyalar altındadır. Ölkənin əsas gəlir mənbəyi olan neft və qazın satışında ciddi çətinliklər yaranıb və enerji ixracından ölkəyə kifayət qədər valyuta daxil olmur. Nəticədə dollar qıtlığı yaranır, İran valyutası sürətlə dəyər itirir və ölkə iqtisadiyyatı ilə bağlı gözləntilər aşağı düşür.

 
İrana qarşı daha sərt iqtisadi sanksiyaların tətbiqi, beynəlxalq valyuta sistemindən təcrid olunması və valyuta mənbələrinin məhdudlaşması da milli valyutaya ciddi təzyiq yaradır. Bunun üzərinə müharibə və mümkün hərbi qarşıdurma ilə bağlı gözləntilər də əlavə olunduqda, İran valyutasının dəyər itirməsi başadüşüləndir. Türkiyə lirəsi ilə bağlı da oxşar mənzərə yaşanır. Lirə uzun müddətdir dəyər itirir.

Bunu müəyyən mənada hökumətin iqtisadi siyasəti ilə də əlaqələndirmək mümkündür. Belə ki, milli valyutanın məzənnəsinə müəyyən qədər sərbəstlik verməklə iqtisadi rəqabətliliyin artırılması hədəflənə bilər. Digər tərəfdən, daxili və xarici amillər də lirənin məzənnəsinə ciddi təsir göstərir”.

Ekspert bildirib ki, Azərbaycan iqtisadiyyatında isə vəziyyət tamamilə fərqlidir:

“Ölkəyə əsas valyuta gətirən resurslar neft, qaz və digər karbohidrogen ehtiyatlarıdır. Xaricdən daxil olan sərt valyutanın böyük hissəsi məhz bu mənbələr hesabına formalaşır. Daha kiçik hissə isə kənd təsərrüfatı və qızıl ixracından daxil olur. Bunlar da əsasən xammal resurslarıdır. Hazırda dünya bazarında həm neft, həm də qızılın qiymətləri yüksəkdir. Xüsusilə İranla bağlı müharibə və Hörmüz boğazında yaranan vəziyyət neft qiymətlərinə ciddi təsir göstərir. Qızılın qiyməti də son illərin yüksək səviyyələrindən birinə çatıb. Bu baxımdan Azərbaycanın xaricdən sərt valyuta axını ilə bağlı ciddi problemi yoxdur”.

İqtisadçı qeyd edib ki, manatın devalvasiyası yalnız iqtisadi aktivliyin artırılması, istehsal və ixrac gücünün genişləndirilməsi məqsədilə dövlət siyasəti olaraq belə bir qərar qəbul ediləcəyi halda gündəmə gələ bilər:

“Məsələn, ixrac yönümlü iqtisadiyyata keçid, ölkədə istehsal olunan məhsulların maya dəyərinin aşağı salınması və ixracın təşviqi məqsədilə rəsmi devalvasiya siyasəti həyata keçirilərsə, manatın məzənnəsində dəyişiklik mümkündür. Bütün digər hallarda isə hazırda Azərbaycan manatı üzərində ciddi devalvasiya təzyiqi üçün real əsas yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

Formula 1-dən Azərbaycanla bağlı paylaşım: Biz yenə Bakıdayıq!

Formula 1-dən Azərbaycanla bağlı paylaşım: Biz yenə Bakıdayıq!

Ermənilərdən növbəti OĞURLUQ - Aftandil İsrafilovun “Basqalı”sını öz adlarına çıxdılar – VİDEO

Ermənilərdən növbəti OĞURLUQ - Aftandil İsrafilovun “Basqalı”sını öz adlarına çıxdılar – VİDEO

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR – Artımın məbləği açıqlandı

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR – Artımın məbləği açıqlandı

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçirdi

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçirdi

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)

End of content

No more pages to load

RADİO