Daha üç beynəlxalq şirkət Azərbaycanda vergi uçotuna alındı

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə daha 3 beynəlxalq rəqəmsal xidmət təchizatçısının vergi uçotuna alınması başa çatıb.
 
Yeni qeydiyyata alınmış şirkətlər Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.”“OpenAI OpCo, LLC” şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
 
Bu il Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçıları ƏDV üzrə öhdəliklərini müstəqil şəkildə yerinə yetirərək vergini hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Bu halda həmin təchizatçılara edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Tətbiq olunan yeni mexanizm rəqəmsal xidmətlər sahəsində vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi öhdəliklərinin icrasının asanlaşdırılmasına və şəffaflığın artırılmasına xidmət edir.
 
Dövlət Vergi Xidməti tərəfindən Azərbaycanda elektron ticarət qaydasında xidmətlər təqdim edən qeyri-rezident rəqəmsal xidmət təchizatçıları ilə məlumatlandırma və kommunikasiya tədbirləri,  həmin təchizatçıların qeydiyyata alınması prosesi davam etdirilir. Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə keçid etməklə tanış ola bilərsiniz.
 
//www.taxes.gov.az/az/page/reqemsal-iqtisadiyyat-uzre-vergitutma
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

Formula 1-dən Azərbaycanla bağlı paylaşım: Biz yenə Bakıdayıq!

Ermənilərdən növbəti OĞURLUQ - Aftandil İsrafilovun “Basqalı”sını öz adlarına çıxdılar – VİDEO

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR – Artımın məbləği açıqlandı

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçirdi

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)

End of content

No more pages to load

RADİO