500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA

Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun müddətdir gündəmdədir. 2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək bəzi sənədlərin çıxarış üçün əsas kimi qəbul olunmasına imkan yaradılıb. Bununla belə, sənədsiz evlərin hamısının avtomatik şəkildə rəsmiləşdirilməsi mümkün deyil və hər bir əmlakın hüquqi statusu ayrıca qiymətləndirilir.

Bəs, sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı yaxın dövrdə hansı dəyişikliklər gözlənilir, hansı əmlakların qanuniləşdirilməsi mümkündür və vətəndaşların belə evlərə çıxarış alması üçün hansı əlavə imkanların yaradılması məqsədəuyğun olardı?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Sonxeber.az”a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Azərbaycanda 500 mindən artıq sənədsiz ev var və onların böyük əksəriyyətinin qanunla nəzərdə tutulmuş qaydada müəyyən əmlak amnistiyası həyata keçirilməklə sənədlə təmin edilməsi mümkündür.

"Bu, ölkə iqtisadiyyatına da müsbət təsir göstərə bilər. Belə ki, yeni vergi subyektlərinin yaranması, qiymətləndirmə, sığorta, alqı-satqı, miras və mülkiyyət hüquqlarının dövriyyəsi baxımından həmin evlərin mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi əlavə büdcə daxilolmalarına səbəb ola bilər. 500 min sənədsiz evin böyük bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində inşa edildiyi üçün qanunsuz hesab olunur.
 

Lakin həmin ərazilərdə çoxlu sayda analoji evlərin mövcud olduğunu nəzərə almaq lazımdır. Söhbət bir-iki evdən deyil, bütöv massivlərin kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməsindən gedir. İnsanlar həmin evlərdən faktiki mülkləri kimi istifadə edir və müvafiq ödənişləri həyata keçirirlər. Bir qərarla həmin evlərin yerləşdiyi torpaqların statusu dəyişdirilərək yaşayış təyinatlı torpaqlara çevrilsə, problemin böyük hissəsini həll etmək mümkün olar".


Ekspert bildirib ki, digər tərəfdən, 2001-ci ilə qədər tikilmiş və müəyyən dövlət qurumlarından müvafiq sənədlərlə təmin olunmuş, lakin həmin sənədləri mülkiyyət hüququnu təsdiq edən sənədlərə dəyişdirilməmiş evlər də var:

"İlkin sənədləri mövcud olan belə evlərin də mərhələli şəkildə sənədlə təmin edilməsi mümkündür. Düşünürəm ki, bu proses mərhələli qaydada həll ediləcək. 500 min evin sənədsiz olması həm dövlətin, həm də vətəndaşların maraqlarına uyğun deyil. Azərbaycan 35 ildir müstəqil dövlətdir və müstəqil dövlətin mütləq əmlak reyestri formalaşmalıdır. Bu istiqamətdə kadastrın yenidən formalaşdırılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Faktiki mövcud olan evlərin qeydiyyata alınması, daha sonra tələblərə uyğun olanların reyestrə daxil edilməsi prosesinə də start verilib. Müvafiq dövlət qurumları da bu problemin həll edilməsinin vacibliyini başa düşür. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi iradə ortaya qoyulub. 2015-ci ildən başlayaraq bir neçə dəfə müvafiq göstəriş, qərar və sərəncamlar verilib. Düşünürəm ki, 2026-2027-ci illərdə bu problemin bu və ya digər formada həllinin mümkünlüyünü görəcəyik".

Onun sözlərinə görə, bunun üçün əmlak amnistiyasının həyata keçirilməsi lazımdır və qanunsuz tikililərə amnistiya verilməsinin yeni qanunsuz tikililər üçün presedent yaradacağından ehtiyat etmək lazım deyil:
 

"Çünki müvafiq dövlət qurumları - icra hakimiyyətləri, bələdiyyələr və hüquq-mühafizə orqanları bundan sonra vətəndaşların icazəsiz tikinti aparmasının qarşısını almalıdır. Lakin bütün tikililərin qeydiyyata alınması mümkün deyil.


Ciddi qanun pozuntusu ilə inşa edilmiş, məsələn, sürüşmə zonasında, strateji obyektlərin yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin altında və ya strateji əhəmiyyətli kommunikasiya vasitələrinin, neft və qaz boru kəmərlərinin üzərində yerləşən tikililərin qeydiyyatından söhbət gedə bilməz. Belə tikililər həm həmin evlərdə yaşayan insanlar, həm də yaxınlıqdakı digər evlər üçün ciddi təhlükə yaradır və qanunla da onların inşasına icazə verilmir. Bu şəxslərə alternativ kompensasiya verilməli və onlar alternativ yaşayış sahəsi ilə təmin olunmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

Formula 1-dən Azərbaycanla bağlı paylaşım: Biz yenə Bakıdayıq!

Formula 1-dən Azərbaycanla bağlı paylaşım: Biz yenə Bakıdayıq!

Ermənilərdən növbəti OĞURLUQ - Aftandil İsrafilovun “Basqalı”sını öz adlarına çıxdılar – VİDEO

Ermənilərdən növbəti OĞURLUQ - Aftandil İsrafilovun “Basqalı”sını öz adlarına çıxdılar – VİDEO

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR – Artımın məbləği açıqlandı

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR – Artımın məbləği açıqlandı

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçirdi

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçirdi

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)

Azərbaycanlı hakim dünya çempionatında

Azərbaycanlı hakim dünya çempionatında

End of content

No more pages to load

RADİO