Azərbaycana idxal edilən konyak, viski, rom, cin və ardıc tinkturası, vodka, likörlə, araq üçün gömrük rüsumu dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
Ölkəyə idxal edilən bu alkoqollu içkilər üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 4,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda bu içkilərin 1 litri üçün idxal gömrük rüsumu 2 ABŞ dollarıdır.
Bu Qərar dərc edildiyi gündən 90 (doxsan) gün sonra qüvvəyə minir.
Bizim.Media