ABŞ Energetika Nazirliyi 2026-cı il üçün Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu yenidən kəskin artırıb. Proqnoz əvvəlki 86,91 dollardan 91,01 dollara yüksəldilib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında məlumat verilib.
Məlumata görə, avqust ayında Brent neftinin orta spot qiyməti 91 dollar/barel təşkil edib. Bu, iyul göstəricisindən 7 dollar çox olub.
Hesabatda bildirilir ki, dünya üzrə neft ehtiyatlarının azalması fonunda qiymətlər yüksək olaraq qalır. EIA-nın hesablamalarına görə, qlobal neft ehtiyatları ilin əvvəlindən 400 milyon barel azalıb.
ABŞ Energetika Nazirliyində ehtiyatların azalmasının ilin sonunadək davam edəcəyi gözlənilir. Bu səbəbdən yaxın aylarda neft qiymətlərinin avqust ayındakı orta göstəriciyə yaxın səviyyədə qalacağı proqnozlaşdırılır.
Bizim.Media