Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə görüşdü - FOTO

Sentyabrın 9-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və bankın Azərbaycan üzrə yeni ölkə meneceri Saşa Bakesin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və strateji tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr, dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar, eləcə də əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
 

Nazir Sahil Babayev Dünya Bankının Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirərək uzunmüddətli tərəfdaşlığın ölkənin sosial-iqtisadi inkişafına, institusional potensialının gücləndirilməsinə və müxtəlif sahələrdə aparılan islahatların dəstəklənməsinə mühüm töhfə verdiyini bildirib.


Qeyd olunub ki, Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, məşğulluq və institusional islahatlar daxil olmaqla, geniş istiqamətləri əhatə edir.

Belə ki, Azərbaycanın Dünya Bankına üzv olduğu dövrdən etibarən tərəfdaşlıq çərçivəsində 53 layihə üzrə ümumilikdə təxminən 4,9 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb.

Eyni zamanda, Azərbaycanın beynəlxalq inkişaf gündəliyində artan roluna diqqət çəkən maliyyə naziri ölkənin yuxarı orta gəlirli ölkə statusu əldə etdikdən sonra donor kimi beynəlxalq inkişaf təşəbbüslərinə dəstəyini artırdığını bildirib.

Öz növbəsində, R. Prays Azərbaycan ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlığın əhəmiyyətini qeyd edərək ölkənin son dövrlərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri və həyata keçirdiyi islahatları yüksək qiymətləndirib.
 

O, Dünya Bankının Azərbaycanın inkişaf və islahat gündəliyinə dəstəyini davam etdirməyə, həmçinin qarşılıqlı əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirməyə hazır olduğunu bildirib.


Sahil Babayev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin olunması münasibətilə Saşa Bakesi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni ölkə menecerinin Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonda tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan Tom Barrakla görüşdü

Ərdoğan Tom Barrakla görüşdü

Güneldən ona "yekəxana" deyən izləyicisinə CAVAB

Güneldən ona "yekəxana" deyən izləyicisinə CAVAB

"Apple" yeni "iPhone 18 Pro" və "Pro Max"ı təqdim etdi – FOTO/VİDEO

"Apple" yeni "iPhone 18 Pro" və "Pro Max"ı təqdim etdi – FOTO/VİDEO

"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?

"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?

ABŞ-nin sualtı aparatını ələ keçirən SEPAH: “Məxfi texnologiyalara çıxış əldə etmişik”

ABŞ-nin sualtı aparatını ələ keçirən SEPAH: “Məxfi texnologiyalara çıxış əldə etmişik”

Süni intellekt yaxın 10 ildə bəşəriyyəti məhv edə bilər – Xəbərdarlıq

Süni intellekt yaxın 10 ildə bəşəriyyəti məhv edə bilər – Xəbərdarlıq

Şəmkirdə avtomobil qəfil alışıb yandı - VİDEO

Şəmkirdə avtomobil qəfil alışıb yandı - VİDEO

ABŞ Brent neftinin qiymət proqnozunu ARTIRDI

ABŞ Brent neftinin qiymət proqnozunu ARTIRDI

Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə görüşdü - FOTO

Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ukraynada döyüşən braziliyalı əsgərin üzərindən tank keçdi - Sağ qalan döyüşçü çəkib paylaşdı - VİDEO

Ukraynada döyüşən braziliyalı əsgərin üzərindən tank keçdi - Sağ qalan döyüşçü çəkib paylaşdı - VİDEO

Messi İspaniya futbol klubunu alır

Messi İspaniya futbol klubunu alır

İnfantino qalmaqalı böyüyür: 100 mindən çox insan araşdırma tələb etdi

İnfantino qalmaqalı böyüyür: 100 mindən çox insan araşdırma tələb etdi

Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat etdi - FOTO

Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat etdi - FOTO

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Mehriban Xanlarovadan Elgizə cavab – VİDEO

Mehriban Xanlarovadan Elgizə cavab – VİDEO

İranda dollar yenə bahalaşdı

İranda dollar yenə bahalaşdı

“WhatsApp”da "username" ilə ünsiyyətdə diqqətli olun - XƏBƏRDARLIQ

“WhatsApp”da "username" ilə ünsiyyətdə diqqətli olun - XƏBƏRDARLIQ

Diplomsuzları işə götürən tibb müəssisəsi CƏRİMƏLƏNDİ

Diplomsuzları işə götürən tibb müəssisəsi CƏRİMƏLƏNDİ

Azərbaycana idxal edilən spirtli içkilər üçün gömrük rüsumu ARTIRILIR

Azərbaycana idxal edilən spirtli içkilər üçün gömrük rüsumu ARTIRILIR

Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - FOTO

Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - FOTO

50 günə yetişdirdiyi ağacları biznesə çevirdi – Lənkəranlı fermerin bambuk “meşəsi” – FOTO

50 günə yetişdirdiyi ağacları biznesə çevirdi – Lənkəranlı fermerin bambuk “meşəsi” – FOTO

Abşeronda qəbiristanlığa ziyarətə gedən şəxs qarət olundu

Abşeronda qəbiristanlığa ziyarətə gedən şəxs qarət olundu

Fridrix Merts Trampla planlaşdırılan danışıqlarını LƏĞV ETDİ

Fridrix Merts Trampla planlaşdırılan danışıqlarını LƏĞV ETDİ

DİN-in mopedlərlə bağlı YENİ VƏZİFƏSİ müəyyənləşdi

DİN-in mopedlərlə bağlı YENİ VƏZİFƏSİ müəyyənləşdi

End of content

No more pages to load

RADİO