“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi – FOTO/VİDEO

"Azərlotereya" ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həsr edilmiş tədbir keçirilib. İçərişəhərdə baş tutmuş tədbirdə tələbə adını qazanan 30-dan çox gənc səhər yeməyi süfrəsi ətrafında bir araya gəlib.

Bizim.Media xəbər verir ki, tədbirdə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış ediblər.

Çıxışlarda gənclərin əldə etdikləri nailiyyət yüksək qiymətləndirilib, onlara yeni başlayan tələbəlik həyatlarında uğurlar arzulanıb.

Eyni zamanda, şəhid ailələrinə göstərilən diqqət və dəstəyin, gənclərin təhsil və şəxsi inkişaf imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
 

Daha sonra “Əmanətə Sədaqət” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. İştirakçılar xüsusi arzu lövhəsində diləklərini qeyd edərək xatirə fotosu çəkdiriblər.


Günün davamında iştirakçılar Əməkdar mədəniyyət işçisi, məşhur aparıcı Rahib Azərinin rəhbərliyi ilə İçərişəhər turuna qatılıblar. Tur zamanı gənclər tarixi küçə və məkanlarla tanış olub, memarlıq abidələri, İçərişəhərin tarixi və Azərbaycanın zəngin mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər. Sonda tələbələrə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Əmanətə Sədaqət” layihəsi artıq 5 ildir həyata keçirilir. Layihənin məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, onların təhsil və sosial imkanlarını genişləndirmək, həmçinin yay tətilini maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.

Bu illər ərzində layihə 231 tələbəni əhatə edib. Onlardan 73-ü artıq məzun olub, bu il isə daha 37 gənc tələbə adını qazanıb.

Layihə çərçivəsində Azərbaycan, Türkiyə, Avstriya və Almaniyada gənclər üçün yay düşərgələri təşkil olunub. Düşərgələr zamanı iştirakçılar muzey və tarixi abidələrə, həmçinin müxtəlif bölgələrə səfərlər edib, karyera planlaması, şəxsi inkişaf, komanda işi və liderlik mövzularında təlimlərdə iştirak ediblər. Bununla yanaşı, gənclər üçün müxtəlif idman və intellektual yarışlar təşkil olunub.

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, Azərbaycanda ali təhsil alan şəhid övladlarının isə yaşayış xərcləri qarşılanır. Layihənin məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, həmçinin onların yay tətilini maraqlı və səmərəli keçirməsinə şərait yaratmaqdır.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - FOTO

Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - FOTO

50 günə yetişdirdiyi ağacları biznesə çevirdi – Lənkəranlı fermerin bambuk “meşəsi” – FOTO

50 günə yetişdirdiyi ağacları biznesə çevirdi – Lənkəranlı fermerin bambuk “meşəsi” – FOTO

Abşeronda qəbiristanlığa ziyarətə gedən şəxs qarət olundu

Abşeronda qəbiristanlığa ziyarətə gedən şəxs qarət olundu

Fridrix Merts Trampla planlaşdırılan danışıqlarını LƏĞV ETDİ

Fridrix Merts Trampla planlaşdırılan danışıqlarını LƏĞV ETDİ

DİN-in mopedlərlə bağlı YENİ VƏZİFƏSİ müəyyənləşdi

DİN-in mopedlərlə bağlı YENİ VƏZİFƏSİ müəyyənləşdi

Ermənistanda Meğri meri rüşvət ittihamı ilə saxlanıldı

Ermənistanda Meğri meri rüşvət ittihamı ilə saxlanıldı

“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru

“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru

Messidən sonra Argentina millisinin yeni kapitanı seçildi

Messidən sonra Argentina millisinin yeni kapitanı seçildi

Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirildi - FOTO

Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirildi - FOTO

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi – FOTO/VİDEO

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi – FOTO/VİDEO

Tanınmış jurnalistin kitab təqdimatından MARAQLI ANLAR – VİDEO

Tanınmış jurnalistin kitab təqdimatından MARAQLI ANLAR – VİDEO

Gömrükdən avtomobil və malların keçirilməsi qaydası DƏYİŞDİ

Gömrükdən avtomobil və malların keçirilməsi qaydası DƏYİŞDİ

Rusiya və Türkiyə XİN-ləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Rusiya və Türkiyə XİN-ləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Pivə zavodundan dənizə çirkab suları axıdılır? – RƏSMİ AÇIQLAMA – VİDEO

Pivə zavodundan dənizə çirkab suları axıdılır? – RƏSMİ AÇIQLAMA – VİDEO

Bakıdakı iki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - Qərar

Bakıdakı iki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - Qərar

Kadırovdan çeçenlərə: “Saqqalı uzatmayın, şalvarı qısaltmayın, çadra geyinməyin”

Kadırovdan çeçenlərə: “Saqqalı uzatmayın, şalvarı qısaltmayın, çadra geyinməyin”

FHN-dən “Şəki yaylası”nda ölümə səbəb olan hadisə ilə bağlı AÇIQLAMA

FHN-dən “Şəki yaylası”nda ölümə səbəb olan hadisə ilə bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən Baku Medical Plaza ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən Baku Medical Plaza ilə bağlı QƏRAR

Azərbaycanda utilizasiya edilən avtomobillərin əksəriyyəti “Lada”dır

Azərbaycanda utilizasiya edilən avtomobillərin əksəriyyəti “Lada”dır

Dünya Bankı Qrupunun Azərbaycandakı nümayəndəliyinə YENİ RƏHBƏR təyin edildi

Dünya Bankı Qrupunun Azərbaycandakı nümayəndəliyinə YENİ RƏHBƏR təyin edildi

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər keçiriləcək

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər keçiriləcək

Zubir “Qarabağ”a qayıdır? – Rəsmi

Zubir “Qarabağ”a qayıdır? – Rəsmi

Toy olmayacaq - "Bir oyun idi, bitdi"

Toy olmayacaq - "Bir oyun idi, bitdi"

Zərdabda su KƏSİLƏCƏK

Zərdabda su KƏSİLƏCƏK

End of content

No more pages to load

RADİO