Azərbaycanda bu il əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirləri 63,511.3 milyard manat olub.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9.4 faiz artım deməkdir.
Orta aylıq nominal əməkhaqqı isə 1176.7 manat olub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7.2 faiz yüksəkdir.
Fəridə, Bizim.Media