Bu şəxslər 60 yaşında pensiyaya çıxacaq – SİYAHI

Məlum olduğu kimi, bu aydan etibarən Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşib. Artıq qadınlar da kişilər kimi 65 yaşında pensiyaya çıxacaqlar.

Bəs, kimlər daha tez pensiyaya çıxa bilərlər? Bu siyahını necə genişləşdirmək olar?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur:

“Güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-ci maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir.
 

Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar, əgər bu hüquqdan atalar istifadə edirsə, o zaman onlar 60 yaşında pensiyaya çıxırlar.


Qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qazanan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır.

Bütün bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik.

Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır. Bu qadınlar da daxil olmaqla, bir sıra vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər”, - deyə deputat əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah 37 dərəcə isti olacaq

Sabah 37 dərəcə isti olacaq

Qlobal təhlükəsizlik üçün KRİTİK SAMMİT – Ankarada hansı qərarlar VERİLƏCƏK?

Qlobal təhlükəsizlik üçün KRİTİK SAMMİT – Ankarada hansı qərarlar VERİLƏCƏK?

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Sürətli yolda həyatını təhlükəyə atdı – VİDEO

Sürətli yolda həyatını təhlükəyə atdı – VİDEO

Bakıda ödənişsiz avtobuslar fəaliyyətə BAŞLADI – Hərəkət SXEMİ – FOTO

Bakıda ödənişsiz avtobuslar fəaliyyətə BAŞLADIHərəkət SXEMİ – FOTO

Kürdəmirdə zəncirvari qəza: Bir nəfər xəsarət aldı – FOTO

Kürdəmirdə zəncirvari qəza: Bir nəfər xəsarət aldı – FOTO

Poroşenkonun fabrikində güclü yanğın – VİDEO

Poroşenkonun fabrikində güclü yanğın – VİDEO

"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ

"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ

Qobustan qəzasında xəsarət alanların SON DURUMU

Qobustan qəzasında xəsarət alanların SON DURUMU

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərin DİQQƏTİNƏ!

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərin DİQQƏTİNƏ!

Baş Prokurorluqdan Tbilisidə öldürülən Fatimə ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Tbilisidə öldürülən Fatimə ilə bağlı AÇIQLAMA

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bu avtobuslarda gedişhaqqı artırıldı

Bu avtobuslarda gedişhaqqı artırıldı

Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

Hikmət Hacıyev: “Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir” – FOTO/VİDEO

Hikmət Hacıyev: “Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir” – FOTO/VİDEO

Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır – VİDEO

Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır – VİDEO

"Bugatti”nin “kapot”una Messi və Maradonanın şəkillərini yapışdırdı – FOTO

"Bugatti”nin “kapot”una Messi və Maradonanın şəkillərini yapışdırdı – FOTO

İlham Əliyevdən Malavi Prezidentinə MƏKTUB

İlham Əliyevdən Malavi Prezidentinə MƏKTUB

Cəmilə Qurbanova vəzifəsindən azad edildi

Cəmilə Qurbanova vəzifəsindən azad edildi

Azərbaycan qırıcıları havaya qaldırıldı – VİDEO

Azərbaycan qırıcıları havaya qaldırıldı – VİDEO

Şərurda FACİƏ: Hərbçi xanımı və övladı ilə birgə həlak oldu – FOTO

Şərurda FACİƏ: Hərbçi xanımı və övladı ilə birgə həlak oldu – FOTO

“AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib

“AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib

Bu şəxslər 60 yaşında pensiyaya çıxacaq – SİYAHI

Bu şəxslər 60 yaşında pensiyaya çıxacaq – SİYAHI

Sabah Kiyevdə matəm olacaq

Sabah Kiyevdə matəm olacaq

End of content

No more pages to load

RADİO