Azərbaycan nefti bahalaşıb.
Bizim.Media neft bazarındakı mənbəyə istinadən verdiyi məlumata görə, İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın "Azeri Light" markalı neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,12 ABŞ dolları və ya 1,6% artaraq 72,93 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti isə 1,16 ABŞ dolları və ya 1,7% artaraq 70,48 ABŞ dollarına yüksəlib.
Bizim.Media