Qiymətli kağızlar bazarında GERİLƏMƏ – Əsas səbəblər və çıxış yolları

Qiymətli kağızlar bazarı iqtsadiyyatın güzgüsüdür. Bu sahə nə qədər inkişaf edərsə, iqtisadiyyat bir o qədər böyüyər, qabağa gedər. Çox təəssüf ki, ölkəmizdə qiymətli kağızlar bazarının inkişafında müəyyən çatışmazlıqlar mövcuddur.

Belə ki, Azərbaycanda kapital bazarlarının əsas mərkəzi Bakı Fond Birjası hesab olunur.

Ölkədə klassik mənada çoxsaylı fond birjaları mövcud deyil. Halbuki bazar əsasən birja, depozitar və investisiya şirkətlərindən ibarət vahid sistem kimi fəaliyyət göstərir.

Fond birjası qiymətli kağızların alqı-satqısını təşkil edən, şəffaf və tənzimlənən bazar mühiti yaradan maliyyə institutudur. Onun əsas vəzifələri ticarətin şəffaflığını təmin etmək, investorlarla emitentləri bir araya gətirmək və qiymətli kağızların yerləşdirilməsini təşkil etməkdir. Azərbaycanda bu funksiyalar əsasən Bakı Fond Birjası və Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir.

Qiymətli kağızlar bazarı ilə bağlı statistik göstəricilər

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 64 milyard 448,4 milyon manatlıq əməliyyat aparılıb.

İllik göstəricinin 8 milyard 36,9 milyon manatlıq hissəsi ilkin bazarda (7,1 % az), 56 milyard 411,5 milyon manatlıq hissəsi isə təkrar bazarda (11,6 % az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 30 916 əqd bağlanılıb. Bu, illik müqayisədə 57,2 % azdır. Əqdlərin 4 323-ü ilkin bazarın (91,65 % az), 26 593-ü isə təkrar bazarın (29,7 % çox) payına düşüb.
 

Yanvar-dekabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 10 milyard 682,1 milyon manatlıq hissəsi və yaxud 16,6 %-i dövlət qiymətli kağızlarının, 3 milyard 133,2 milyon manatlıq hissəsi və yaxud 4,9 %-i korporativ qiymətli kağızların, 50 milyard 633,1 milyon manatlıq hissəsi və yaxud 78,5 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 35,8 % çox, 15 % az və 16,9 % azdır.


12 ayda bu bazarda bağlanmış əqdlərin isə 1 242-si və yaxud 4 %-i dövlət qiymətli kağızlarının, 22 801-i və yaxud 73,8 %-i korporativ qiymətli kağızların, 6 873-ü və yaxud 22,2 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 54,4 %, 62,7 % və 19 % azdır.

Göründüyü kimi ötən il qiymətli kağızlar bazarında böyük ölçüdə düşüş yaşanıb.

Azalma nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, birjaların normal fəaliyyət göstərməsi üçün bir neçə önəmli addımın atılmasına ehtiyac var:

“İlk növbədə normal səhm bazarı yaradılmalıdır. Vətəndaşların səhm bazarına inamı olmalıdır. Bu çox önəmlidir. Hansı səhmləri almaq, necə almaq? Vətəndaşda bu barədə aydın təsəvvür olmalıdır. Üstəlik səhmdarların dividendləri vaxtlı-vaxtında ödənilməlidir. Son nəticədə bir güvən ortamı formalaşmalıdır.

Ən yaxşı həll yollarından biri ölkədə böyük özəlləşmə proqramlarının həyata keçirilməsidir.

Rentabelsiz, ziyanla işləyən dövlət müəssisələri özəlləşdirilməli, həmin müəssisələrin səhmləri bazara çıxmalıdı. O zaman qiymətli kağızlar bazarında canlanma yaranar, eyni zamanda xarici və yerli investorlar prosesə daha həvəslə və tərəddüd etmədən qoşular. Bütün bunlar üçünsə şəffaflıq təmin edilməli və təşviqedici addımlar artırılmalıdır. Bizdə birja mövcuddur. Amma onun fəaliyyəti formaldır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

End of content

No more pages to load

RADİO