Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini “Money20/20 Asia 2026” qlobal səhnəsinə daşıdı

Qafqazda bankçılıq, ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş Bir ekosistemi, Asiyanın ən böyük texnologiya tədbirlərindən olan “Money20/20 Asia 2026” konfransında ölkəmizin rəqəmsal iqtisadiyyata sürətli keçidini diqqətə çatdırıb. Qlobal sərmayədarların diqqətinin yeni inkişaf potensialı olan ölkələrə yönəldiyi bir vaxtda, tədbirdə Azərbaycanın inklüziv rəqəmsal iqtisadiyyat quruculuğunda əldə etdiyi uğurlar və ekosistem əsaslı innovasiyaların rolu xüsusi vurğulanıb.

Bir ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov konfrans çərçivəsində Özbəkistanın ən böyük İT ekosistemi “Uzum”un həmtəsisçisi və Əməliyyatlar üzrə baş direktoru Roman Lavrentyevlə birlikdə 4000 iştirakçının qatıldığı konfransın xüsusi panel sessiyasında çıxış edib. “First Arc Capital” şirkətinin nümayəndəsi Fatima Almubbadın moderatorluğu ilə keçirilən paneldə qlobal təcrübələrin yerli strategiyalarla effektiv inteqrasiyası, müştəri etibarının gücləndirilməsi və rəqəmsal xidmətlərin gündəlik həyatın təbii və ayrılmaz hissəsinə çevrilməsinin uğurlu yanaşmaları müzakirə olunub.

Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hazırda iqtisadiyyatın şaxələnməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyub. Bu transformasiya üçün möhkəm əsaslar artıq formalaşıb.

İllik Ümumi Daxili Məhsul artımı təxminən 10% təşkil edir, ölkə investisiya səviyyəli suveren kredit profilinə malikdir, əhalinin gənc yaş ortalaması 33,6, internetdən istifadə səviyyəsi isə 91%-i ötür.

Bununla yanaşı, bazarda rəqəmsal maliyyə xidmətləri və elektron ticarətin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Nağdsız cəmiyyətə keçid prosesinin sürətlənməsinə baxmayaraq, xüsusilə elektron ticarətin ümumi pərakəndə dövriyyəsindəki payının (hazırda təxminən 3%) artırılması və daha geniş əhali kütləsinin müasir rəqəmsal həllərə cəlb edilməsi lokal innovasiyalar üçün mühüm imkanlar yaradır.

Mövzu ilə bağlı fikirlərini bölüşən Maksim Yevdokimov bildirib:

“Bizim əsas hədəfimiz nağd ödənişlərdən rəqəmsal xidmətlərə keçid edən istifadəçilər və bizneslər üçün bu prosesi maksimum təhlükəsiz və rahat şəkildə təşkil etməkdir. Gündəlik həyatda ehtiyac duyulan bank, ödəniş və elektron ticarət xidmətlərini vahid bir platformada cəmləşdirməklə biz nəinki rəqəmsal keçidə dəstək oluruq, həm də istifadəçi məmnuniyyətini və aktivliyini daha yüksək səviyyəyə qaldırırıq. Qlobal bazarlarda “Kaspi” və “Gojek” kimi platformaların təcrübəsində uğurla sınaqdan çıxmış bu ekosistem modeli, Azərbaycanda da öz səmərəliliyini təsdiq edir və ölkəmizin rəqəmsal gələcəyinə birbaşa töhfə verir”.

Müştərilərin gündəlik ehtiyaclarını Birbank, Birmarket və m10 kimi aparıcı brendlər vasitəsilə vahid mərkəzdə birləşdirən Bir ekosistemi, 2025-ci ildə fəaliyyətə başladıqdan sonra qısa müddətdə 5 milyondan çox istifadəçiyə çatıb. 

Ölkədə həyata keçirilən hər iki rəqəmsal ödənişdən biri məhz Bir ekosistem üzərindən aparılır. Bir ekosisteminin idarəetmə modeli uğurlu qlobal təcrübələrə əsaslansa da, yerli istehlakçıların davranış xüsusiyyətlərinə və vərdişlərinə tam uyğunlaşdırılıb. İnsanlara ehtiyac duyduqları xidmətləri ən sadə yolla təqdim etməklə, platforma cəmiyyətdə inamı artırır və rəqəmsal vərdişlərin formalaşmasını sürətləndirir. Ekosistemin əsas missiyası sürətli, təhlükəsiz və rahat xidmətlər təqdim edərək Azərbaycanda gündəlik həyatın əsas rəqəmsal bələdçisinə çevrilməkdir.

Bir haqqında 

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

End of content

No more pages to load

RADİO