Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyən edilir.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə görə, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumu 550 manat olacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media