Azərbaycan qazı qiymətləri nəzarətdə saxlamaqda Aİ-yə kömək edir - Avropa komissarı 

“Enerji qiymətlərinin artması və bazarda məhdud qaz həcmlərinin mövcud olduğu indiki şəraitdə Cənub Qaz Dəhlizinin Avropaya tədarükün təhlükəsizliyini artırmaq mənasında aktuallığı daha da artıb”. 

Bizim.Media xəbər verir ki, bunu Trend-ə müsahibəsində Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson deyib. 

"Azərbaycan Aİ-yə yeni mənbədən və yeni marşrutla qaz tədarükünü təklif edir. Hesab edirəm ki, TAP [Cənub Qaz Dəhlizinin Avropa hissəsi] onun vasitəsilə qaz tədarük edilən ölkələrə və bölgələrə müsbət təsir göstərir və Cənub-Şərqi Avropada etibarlı, rəqabətədavamlı və əlçatan tadarükün təmin edilməsinə böyük töhfə verir. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir", - deyə Simson bildirib. 

O, xatırladıb ki, TAP vasitəsilə qaz tədarükü 2020-ci ilin dekabrında başlayıb və bu ilin yayına qədər tam həcmdə, yəni 10 milyard kubmetrə çatdırılacaq. 

"Bunun bir hissəsi Cənubi Avropa bazarında istifadə olunur ki, bu da regionun bir təchizatçıdan asılılığını azaldır. Qalan hissə İtaliyaya çatdırılır və İtaliya qaz bazarına tədarük marşrutlarını daha da şaxələndirməyə, təchizat təhlükəsizliyini yaxşılaşdırmağa və qaz bazarını daha likvid və rəqabətədavamlı etməyə imkan verir", - Simson vurğulayıb. 

Avropa komissarı qeyd edib ki, istənilən yeni və ya əlavə təklif qiymət təzyiqlərini azaltmağa kömək edir. 

"Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyanın qaz bazarına tədarük ilkin olaraq bu bazarda qazın topdansatış qiymətinin aşağı düşməsinə əhəmiyyətli təsir göstərib. Bu, şaxələndirilmiş qaz marşrutlarına malik açıq, rəqabətli qaz bazarlarının Aİ-nin qaz qiymətlərini nəzarətdə saxlamaq üçün ən yaxşı variant olduğuna dair ən gözəl sübutdur. Cənub Qaz Dəhlizi Aİ-nin bu məqsədə çatmasına kömək edir. Ona görə də biz Azərbaycanla strateji enerji əməkdaşlığına ümid edirik", - deyə o, izah edib. 

Avropada qaz böhranının nəticələrinin yumşaldılması üzrə tədbirlərdən danışan Simson qeyd edib ki, artıq ötən ilin oktyabrında Avropa Komissiyası üzv dövlətlərə yüksək qiymətlərin, xüsusilə əhalinin həssas təbəqələrinə təsirini yumşaltmaq üçün bir sıra alətlər təqdim edib. 

“Son istehlakçıların dəstəklənməsinə yönəlmiş tədbirlər, yəni sosial transfertlər və ya vergi güzəştləri ilə yanaşı, idxaldan asılılığı azaltmaqla dayanıqlığı artırmaq üçün orta və uzunmüddətli tədbirlər də mövcuddur. Buna enerji səmərəliliyinin, bərpa olunan enerjiyə investisiyaların artırılması və qaz bazarının fəaliyyətinin yaxşılaşdırılması yolu ilə nail olmaq olar.
 

20-dən çox üzv-ölkə bu addımları atıb və ilkin təhlilimiz göstərir ki, onların həyata keçirilməsinin dəyəri təxminən 21 milyard avro təşkil edir.


Komissiyanın özü dekabr ayında Aİ qanunvericiliyinə qaz anbarlarından istifadənin səmərəliliyini artıracaq, qaz ehtiyatlarının könüllü birgə alınması üçün imkan yaradacaq və təchizat böhranı zamanı üzv dövlətlər arasında həmrəyliyi gücləndirəcək dəyişikliklər təklif edib. Bundan əlavə, biz Aİ-yə tədarükün artırılması imkanlarını araşdırmaq üçün Azərbaycan da daxil olmaqla əsas təchizatçılarımıza müraciət edirik. Bu, həm qiymət kontekstində təzyiqi azaldacaq, həm də tədarükün təhlükəsizliyini gücləndirəcək", - deyə Avropa komissarı bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

Dünya bazarında qızıl ucuzlaşdı

Dünya bazarında qızıl ucuzlaşdı

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Bu vətəndaşların kredit borcu silinəcək

Bu vətəndaşların kredit borcu silinəcək

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

End of content

No more pages to load

RADİO