Tarif Şurası qiymətləri ARTIRDI – Yanvarın 17-dən qüvvəyə minəcək

Yanvarın 13-də Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.

Bizim.Media quruma istinadən xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib.

Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.

Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq.

İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.
 

Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir.

Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif (qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilmişdir.

Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Qərarlar yanvarın 17-dən qüvvəyə minir. İclasda həmçinin yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyə qədər topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynada 77 yaşlı azərbaycanlı Rusiyanın dron zərbəsindən HƏLAK OLDU – FOTO

Ukraynada 77 yaşlı azərbaycanlı Rusiyanın dron zərbəsindən HƏLAK OLDU – FOTO

Mbappe bu göstərici ilə Messini ötdü - VİDEO

Mbappe bu göstərici ilə Messini ötdü - VİDEO

Hörmüz boğazından keçidə görə rüsum tətbiq olunmayacaq

Hörmüz boğazından keçidə görə rüsum tətbiq olunmayacaq

DÇ-2026: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

Yaşıl suda çimmək niyə təhlükəlidir? – Alimin İZAHI

Yaşıl suda çimmək niyə təhlükəlidir? – Alimin İZAHI

Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO

Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO

"Allah həmin gün canımı alsın" - VİDEO

"Allah həmin gün canımı alsın" - VİDEO

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

End of content

No more pages to load

RADİO